Fransa krallığı Karolinqlər sülaləsinin dövründə iri feodal mülklərinə bölünmüşdü. Ölkədə X—XI əsrlərdə feodal münasibətlərinin formalaşması başa çatdı. Ölkə indiki Fransa adını aldı.756-cı ildə Papa vilayəti yaradılmışdır. Almaniya kralı I Otto (951-ci ildə Şimali İtaliyanı tutmuşdur) 962-ci ildə Romanı işğal edib özünü Roma imperatoru elan etdi. Sonralar bu dövləti Müqəddəs Roma imperiyası adlandırmağa başladılar.İtaliya Müqəddəs Roma imperiyasının tərkibində idi. Roma Papası və Almaniya kralı arasında İtaliyaya hakim olmaq uğrunda mübarizə gedirdi. Genuya, Piza, Venesiya müstəqil respublikalara çevrildilər.