PARAQRAF 16. BİZANS, SLAVYANLAR.
VI əsrdə Bizansda qaynar həyatlı, çoxlu əhalisi olan şəhərlər vardı. Konstantinopol, İsgəndəriyyə, Antioxiya, Beyrut, Korinf ticarət və sənətkarlıq mərkəzləri idi. Bizans Avropa ilə Asiyanı birləşdirirdi. Onun paytaxtı Konstantinopolu «qızıl körpü» adlandırırdılar. Çünki bu şəhər Avropadan Asiyaya gedən iki ticarət yolunun üstündə yerləşirdi. Bizansda qüvvətli imperator hakimiyyəti qalmışdı. Çünki imperatorun xəzinəsi zəngin idi. IX-XI əsrlər vikinqlər (Avropa dövrü), Normand – şimal adamı, Varyak – anda sahib qalan adam, Yustinian – qanunlar məcəlləsi hazırlamışdı, 532-ci il Nika üsyanı (Yustinianın vergi və kilsə siyasətinə qarşı), 1071-ci ildə Səlcuqlar MALAZGİRD döyüşündə Bizansı məğlub etmişdir. Bizans Şərqdə Sasanilərlə mübarizə aparmışdır. 1453-cü il Bizans imperiyası Osmanlı sultanı II Mehmet tərəfindən süquta uğradıldı.
Dostları ilə paylaş: |