Dərs ümumi tarix siNİF (prq 1, 2, 3,4)


Slavyanların Bizans torpaqlarında məskunlaşması



Yüklə 81,94 Kb.
səhifə17/36
tarix02.01.2022
ölçüsü81,94 Kb.
#46431
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   36
7 Ümumi tarix pdf

Slavyanların Bizans torpaqlarında məskunlaşması.  Slavyanlar qədim zamanlardan Mərkəzi və Şərqi Avropada yaşayırdılar. Onlar VI əsrin ortalarından etibarən Bizansa hücum etməyə başladılar. Orduda xidmət etməyə, dövlətə vergi verməyə başladılar. Sonralar slavyanlar üç qrupa ayrıldılar. Qərbdə ilk dövlətləri – Somo dövləti (VII əsr),IX əsrdə isə Moraviya dövləti yaratmışdırlar (Bu dövlət 909-cu ildə macarlar tərəfindən süquta uğradılmışdır). Slavyanların əsas məşğuliyyəti Əkinçilik olmuşdur.

Slavyan dövlətlərinin, meydana gəlməsi. Slavyanlar ibtidai icma quruluşunda yaşayırdılar. Feodalizmə keçidlə əlaqədar IX—X əsrlərdə slavyanlarda dövlətlər yarandı.

Mərkəzləşmiş Rus dövlətinin yaranması. IX əsrdə şərq slavyanlarının dövləti meydana gəldi. Bu, Kiyev dövləti (882-ci ildə) idi. Kiyev dövləti geniş əraziyə malik olsa da, daxildən möhkəm deyildi. Moskva knyazı III İvanın dövründə rus torpaqlarının Moskva ətrafında birləşdirilməsi çox sürətlə davam edirdi. Moskva knyazlığı geniş işğallar yolu ilə öz ərazisini genişləndirmək siyasəti yeridirdi. Nəticədə mərkəzləşmiş dövlət yarandı. Rus dövlətində təhkimçilik hüququ bərqərar olurdu. Bu, kəndlilərin boyarlardan (feodallardan) tam asılı hala salınması demək idi. Kəndli artıq boyar torpağını tərk edib gedə bilməzdi. Onun bütün hüququ boyarda idi. Qəddarlığı ilə məşhur olan çar IV İvan Qroznı (1533—1584) boyarlara ağır zərbə vuraraq yeni qaydalar tətbiq etdi. Yeni qaydalar mərkəzi hakimiyyət əleyhinə olan boyar qüvvələrini ləğv etmək məqsədi güdürdü. Məhz bu məqsədlə Opriçnina (kəsib götürmək) siyasəti (1565-1572) həyata keçirildi. Baltik dənizinə çıxış əldə etmək üçün 1558-1583-cü illərdə davam edən Livoniya müharibəsi başladı. Lakin Rusiya niyyətinə çata bilmədi. 1569-cu ildə Litva və Polşa birləşmiş Reç-Pospolita dövləti yaradılmışdır. XVI əsrin 50-ci illərində türk xanlıqları olan Qazan xanlığı (1552) və Həştərxan (1556) xanlıqları Rusiyaya tabe edildi. Əsrin sonlarında Sibir torpaqları da Rusiyanın tərkibinə qatıldı.(1598)


Yüklə 81,94 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin