Dərs ümumi tarix siNİF (prq 1, 2, 3,4)



Yüklə 81,94 Kb.
səhifə25/36
tarix02.01.2022
ölçüsü81,94 Kb.
#46431
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   36
7 Ümumi tarix pdf

PARAQRAF 20. DUMANLI ALBİON (iqliminə görə Britaniya adaları qədimdə belə adlanırdı) ORTA ƏSRLƏRDƏ

Normand işğalı.Mərkəzləşdirilmiş dövlətin yaradılması. «Xalqların böyük köçü» dövründə alman tayfalarından anqlar və sakslar Britaniya adalarında məskunlaşdılar.Onların yerli keltlərlə qaynayıb-qarışması nəticəsində ingilis xalqı yarandı.Britaniya adalarında feodal münasibətləri VII əsrdə meydana gəldi.Lakin bu münasibətlər möhkəm deyildi.IX əsrin əvvəllərində Britaniya adalarında xırda krallıqlar bir sülalənin hakimiyyəti altında birləşən İngiltərə adlı krallığı yaratdılar.1066-cı ildə Fransanın Normandiya vilayətinin hersoqu Vilhelm Britaniya adalarına ordu çıxartdı.Hastinqs adlı yerdə şiddətli döyüş baş verdi. Normandiya cəngavərləri ingilis qoşununu mühasirəyə alıb məğlub etdi. Vilhelm İngiltərə Krallığında yeni sülalənin əsasını qoydu və Fateh Vilhelm adı ilə kral oldu. O, İngiltərədə mərkəzləşdirilmiş dövlətin əsasını qoydu. 1086-cı ildə əhali siyahıya alındı. Bu siyahı Qiyamət kitabı adlandırıldı. Yeni vergi sistemi yaradıldı. Ən ağır vergi töycü və ruhanilər üçün ödənilən onda bir vergisi sayılırdı.Kral II Henrix (1154—1189) bir sıra islahatlar keçirdi. “Andlı məhkəmə” yaradıldı ki, kəndli feodalın başı üzərindən birbaşa məhkəməyə müraciət edə bilərdi. Hərbi yürüşlərdə iştirak etməyən feodallar krala xüsusi haqq ödəməli idilər.Buna «qalxan pulu» deyilirdi.Kral bu vəsait hesabına daimi və nizami ordu qurdu. 1215-ciildə üsyan nəticəsində azad təbəqələrin marağını müdafiə edən “Böyük Azadlıqlar Xartiyası” qəbul edildi.


Yüklə 81,94 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin