İngiltərə qüdrətli dəniz dövlətinə çevrilir. Dəniz ticarətini artırmaq məqsədilə sahibkarlar ticarət şirkətləri yaradırdılar.Şirkətlərin içərisində ən böyüyü Ost-Hind şirkəti idi. (şirkət 1600-cü ildə yaradılmışdır)
Dəniz ticarətində İngiltərənin əsas rəqibi İspaniya krallığı idi.İngiltərə dənizlərdə hökmranlığı ələ keçirmək üçün hazırlıq işləri gördü. Buna cavab olaraq İspaniya «Məğlubedilməz armada» adlı böyük donanmasını İngiltərə üzərinə göndərdi.İngilis gəmiləri toplarla daha yaxşı təmin olunmuşdu. 1588-ci ildə La-Manş boğazında çevik və sürətli ingilis gəmiləri «Məğlubedilməz armada»ya qəfil hücum etdi.İspan donanması döyüşdə məğlub oldu.Dənizlərdə hökmranlıq İngiltərənin əlinə keçdi.İngiltərə güclü dəniz dövlətinə çevrildi.