Dərs ümumi tarix siNİF (prq 1, 2, 3,4)



Yüklə 81,94 Kb.
səhifə31/36
tarix02.01.2022
ölçüsü81,94 Kb.
#46431
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   36
7 Ümumi tarix pdf

Reformasiyanın yayılması. Almaniyada reformasiyaya qarşı atılan addımlara knyazlar və bir çox şəhərlər etiraz (protest) etdi. Buna görə də o zamandan etibarən Lüterə tərəfdar olanlara, «protestant» deyilməyə başlandı. Yeni kilsə isə protestant kilsəsi adlandırıldı. Protestant və katolik knyazlar arasında 1555-ci ildə Auqsburq şəhərində saziş imzalandı. Sazişə görə, protestantların etiqad azadlığı tanındı. Ancaq bu din azadlığı yalnız knyazlara aid idi. Hər bir knyaz kilsə başçısı oldu. Əhali knyazın qəbul etdiyi etiqadı (məzhəbi) qəbul etməzdisə, knyazlığın ərazisindən başqa yerə köçə bilərdi. Katolik kilsəsinə mənsub torpaqlar zəbt edildi. Beləliklə, Almaniyada katolik kilsəsi ilə yanaşı, protestant kilsəsi də yaranmış oldu. Yeni kilsəni lüteran kilsəsi adlandırmağa başladılar. Bu kilsədə bahalı mərasimlər, ikonaya sitayiş, lüzumsuz bayramlar ləğv edildi. Almaniyadan sonra Avropanın başqa ölkələrində də reformasiya başlandı.İngiltərə, Danimarka və İsveçdə kilsə islahatını kral özü həyata keçirdi. Kral bu ölkələrdə kilsə başçısı oldu. Reformasiya kral hakimiyyətini gücləndirdi. Fransa, İsveçrə və Niderlandda kilsə islahatını varlı və nüfuzlu şəhərlilər həyata keçirdilər.

İsveçrənin Cenevrə şəhərində protestant kilsəsinin başçısı fransız Jan Kalvin oldu.Onun əsasını qoyduğu kilsə kalvin kilsəsi adlandı.Kalvin kilsəsi insanlara müxtəlif əyləncələri, oyun1arı qadağan etmişdi.Dindarların hamısı kilsəyə getməli, axşam tez yatmalı, sübh tezdən işə başlamalı idi.




Yüklə 81,94 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin