Katolik kilsəsinin reformasiyaya qarşı mübarizəsi. Roma Papası katolik kilsəsinin əvvəlki qüdrətini bərpa etmək məqsədilə reformasiyaya qarşı bir sıra tədbirlər görməyə başladı.Papa «İsa cəmiyyəti» və ya yezuitlər ordeni* (1540) yaratdı.Orden hərbi qaydada yaradılmışdı, ona general başçılıq edirdi.Yezuitlər reformasiya tərəfdarlarını izləyir, topladıqları məlumatları ordenin başçısına çatdırırdılar.Papanın qərarlarına əməl etməyən şəxslər, hətta hökmdarlar belə müxtəlif vasitələrlə aradan götürülürdü.Katolik kilsəsi reformasiyaya qarşı mübarizə apararkən öz əleyhdarlarını kütləvi surətdə qırmaqdan da çəkinmirdi. Reformasiya hərəkatına çoxlu zadəgan və şəhərlilərin qoşulmuş olduğu Fransada katoliklər qırğınlar törətdilər.Onlar protestantların rəhbərlərini aldadıb Parisə kralın bacısının toyuna çağırdılar.