Fransada mərkəzləşdirilmiş dövlətin yaranması. XI Lüdoviqin dövründə (1461— 1483) Fransada mərkəzi hakimiyyətə qarşı iri feodalların çıxışı baş verdi. Burqundiya hersoqu İgid Karl XI Lüdoviqə qarşı açıq müharibə apardı.Sülh bağlanmasına baxmayaraq, XI Lüdoviq hiylə ilə İgid Karlı məğlub edib öldürtdü. Burqundiya, Marsel və Bretan vilayətləri birləşdirildi.Beləliklə, XV əsrin sonlarında Fransa mərkəzləşdirilmiş dövlətə çevrildi. XVI əsrdə əhalisinin sayına görə Avropada ən böyük dövlət Fransa idi.