Dərs ümumi tarix siNİF (prq 1, 2, 3,4)



Yüklə 81,94 Kb.
səhifə19/36
tarix02.01.2022
ölçüsü81,94 Kb.
#46431
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   36
7 Ümumi tarix pdf

Xaç yürüşləri.Roma papası II Urban Klermon kilsə məclisində 1095-ci ildə İsanın qəbrini kafirlərin (onlar müsəlmanları belə adlandırırdılar) əlindən xilas etməyə çağırdı.Xristian rəvayətinə görə, İsa Fələstindəki Qüds (Yerusəlim) şəhərində dəfn olunmuşdu.Şərqə yürüşlərin iştirakçılarını xaçlılar (səlibçilər), yürüşləri isə Xaç (Səlib) yürüşləri adlandırmağa başladılar.XI—XIII əsrlərdə səlibçilər Şərqə səkkiz dəfə yürüş etdilər.

Xaç yürüşlərində iştirak edən avropalıların hər təbəqəsinin öz məqsədi var idi.Kəndlilər ağalarından yaxa qurtarmaq, dolanışıqlarını yaxşılaşdırmaq üçün çıxış yolunu Şərqə yürüşdə görürdülər.Feodallar yeni torpaq mülkləri ələ keçirmək, Şərqin zəngin şəhərlərini qarət etmək niyyətində idilər.Roma papası isə Şərq ölkələrini xristianlaşdırmaq, asılı hala salmaq istəyirdi.



İlk Xaç yürüşünə 1096-cı ilin yazında Fransadan olan bir keşişin rəhbərliyi ilə sadə kəndlilər başladılar. Onlar səlcuqlar tərəfindən darmadağın edildilər. 1096-cı ilin payızında artıq sadə kəndlilər deyil, Almaniya, Fransa və İtaliya cəngavərlərinin birləşmiş qüvvələri Şərqə doğru hərəkət etdi. Səlibçilər Qüdsün müsəlman əhalisinə qarşı kütləvi qırğınlar törətdilər. Onlar Aralıq dənizinin şərq sahilləri boyunca torpaqlarda, o cümlədən Suriya və Fələstində öz dövlətlərini yaratdılar. Bu dövlətlərdən biri də Qüds krallığı idi. Qüds krallığı 1099-cu ildə yaradıldı. Antioxiya, Edessa, Tripoli birlikdə Qüds konstitusiyasını yaratdılar. Bu konstitusiyaya görə kral krallığın başçısı, Şura isə yüksək palata elan olunurdu.

1147-ci ildə başlanan İkinci Səlib yürüşü uğursuz oldu. Misir hökmdarı Səlahəddin Əyyubi səlibçiləri məğlub edib. Qüdsdən qovdu. «Müqəddəs şəhəri» geri qaytarmaq məqsədilə təşkil edilən üçüncü Səlib yürüşü (1189-1192) də uğursuzluqla nəticələndi. III Səlib yürüşündə İngiltərə, Fransa və Almaniya cəngavərləri iştirak edirdilər. 1187-ci ildə Təbəriyyə döyüşü baş verdi. Döyüşdə Səlahəddin Əyyubi Səlibçiləri məğlub etdi.


Yüklə 81,94 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin