Dərs vəsaiti ali məktəblərin 050608 "Elektroenergetika mühəndisliyi" ixtisası üzrə



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix02.01.2022
ölçüsü0,99 Mb.
#48657
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   30
Kontakt shebekesi ve elektrik verilish xetleri fenninden elektron muhazireler

18. Kontakt şəbəkələrinin saxlayıcı 

konstruksiyaları. Dayaqlar 

 

Kontakt  şəbəkəsi  naqillərinin  təyin  olunmuş 

hündürlükdə  və  yolun  oxuna  nisbətən  lazımi 

vəziyyətdə  saxlanması  üçün  konsollardan  elastiki 

və  sərt  eninə  tirlər  tətbiq  edilir.  Stansiyanın  bəzi 

yollarında və əsasən dəmiryolu sahəsində (pereqon) 

konsollar  quraşdırılır. Onlar  daha  əlverişli  və  ucuz 

sərfəli 


konstruksiyalardır. 

Yolların 

kontakt 

asmalarının  müstəqil  mexaniki  işi  təmin  edilir. 

Stansiyalarda  və  çox  yollu  dəmiryolu  sahələrində 



53

 

sərt  və  elastiki  eninə  tirlər  tətbiq  edilir  ki,  onların 



vasitəsi  ilə  8-ə  qədər  yolun  kontakt  naqillərinin 

saxlanması, 

asılması 

təmin 


edilir. 

Bu 


konstruksiyalar müxtəlif yolların kontakt asmalarını 

mexaniki  əlaqələndirir  və  onların  zədələnməsi 

bütün yolların  işini  pozur ki, bu da mənfi  cəhətdir. 

 

 



 

Şəkil  19. Kontakt şəbəkəsinin  konsolları:         

a)əyri;  b)düz; v)izoləedilmiş  dönən. 

 

Konsollardan  bir  yollu,  iki  və  çox  yollu, 



quruluşlarına görə isə düz və mailli formada olurlar. 

Mailli  konsollar  ancaq  bir  yollu  üçündür.  Onların 

üstün  cəhəti  odur  ki,  yüksək  hündürlüyü  olan 

dayaqlar  tələb  olunur.  Düz  konsollar  sadədirlər  və 

dayaqların  uzunluğu  lazımi  qədər  olduqda  onlar 

tətbiq  olunurlar.  Istismar  zamanı  daha  əlverişli 

sayılan 

izoləedilmiş 

çevrilə 

bilən 


döngəli 

konsollardır.  Onlarda  izolyatorlar  konsolun  dönən, 

əyilən  və  dartı  hissələrində  yerləşdirilir  ki,  bu  da 



54

 

naqillərin  onlara  birləşdirilən  hissələrdə  gərginlik 



altında işləməyə  imkan  verir. 

Kontakt 


şəbəkələrinin 

dayaqlarının 

əyrilərinin  daxili  hissəsində  yerləşməsi  zamanı  əks 

fiksatorları  olan  konsollar  istifadə  edilir.  İki  yol 

üçün  nəzərdə  tutulan  konsollar  düz  formada  və 

ikinci  yolun  fiksatorunun  bərkidilməsi  üçün 

nəzərdə  tutulan  elementlərlə  hazırlanırlar.  Bu 

konsollar  hündürlükləri  13m  olan  dayaqlarda 

yerləşdirilirlər.  Konsollar  künclü  və  şveller  formalı 

poladdan,  izoləedilmiş  konsollar  isə  borulardan 

hazırlanırlar.  Çöl  tərəfdən  dayaqlar  üzərində 

konsollar  yerləşdirilir  ki,  onlarda  gücləndirici  və 

qidalandırıcı naqillər və  6-10kV-luq elektrik xətləri 

asılır. 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin