Sərt eninə tirlər- yolun hər iki tərəfində
yerləşdirilmiş dayaqlarda bərkidilmiş metal tirlərdir.
Sərt eninə tirlərin yerləşdirilməsi üçün formalı
dəmir-beton dayaqlar
istifadə olunur. Onlar
bilavasitə torpaqda və ya fundamental yerləşdirilir.
Dayaqların normativ momentləri 4,5,6,8 və 10 ton
qüvvəsi m-dir. Kontakt naqilləri fiksasiya trosunda
bərkidilir.
Şəkil 21. Sərt eninə tirlərin quruluşu.
Eninə sərt tirlərlə bağlanan yolların sayının
çoxalması üçün dayaqlar üzərində bir və iki
konsollar yerləşdirilir. Eninə sərt tirlər - elastiki
tirlərə nisbətən daha sadə və səmərəlidir. Yaxın
izolyatorların təmizlənməsi və aparıcı trosların
asılma nöqtələrinin vəziyyətinin yoxlanması
gərginlik altında qadağandır.
|