Strateji tədqiqatlara giriş
nasib
ətlərinə müəyyənedici dərəcədə xarici amillər təsir edir.
Ukrayna toplam milli güc göst
əricilərinə görə postsovet məka-
nında Rusiya üçün əsas rəqibdir. Bundan əlavə, həm Ukrayna-
da, h
əm də Moldovada Rusiyanın onların təhlükəsizlikləri üçün
ne
qativ amil olduğu barədə davamlı ictimai fikir formalaşmış-
dır.
PTM-nin Qafqaz hiss
əsindəki hər üç YMD ciddi çağırış-
lara v
ə həssaslıq məqamlarına malikdir. Bir sıra hallarda bu
h
əssaslıq məqamları qonşuların məqsədyönlü fəallığı ilə əlaqə-
l
əndirilir. Onlardan ikisi – Azərbaycan və Gürcüstan, 1990-cı
ill
ərin əvvəllərindəki hərbi münaqişələrin nəticəsi olaraq, milli
az
lıqların məskünlaşdığı nəzarət olunmayan ərazilərə malik-
dirl
ər. Gürcüstanda daxili münaqişəlilik Rusiya ilə münasibət-
l
ərində azalmayan gərginliklə kəskinləşir və bu 2008-ci ilin av-
qustunda müharib
ə ilə nəticələndi. Nisbətən zəif iqtisadi imka-
nlara malik olması da bu YMD-in təhlükəsizliyinə olan təhdid-
l
əri, digər iki dövlətlə müqaisədə, daha da kəskinləşdirir.
Erm
ənistan və Azərbaycanı götürsək, məlum olur ki, bi-
rincisi qeyd olunan parametr
ə görə daha az həssasdır. Buna qe-
yri-siyasi amill
ər, məsələn, Ermənistanın nisbi etnik və dini ho-
mogenliyi t
əsir edir. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə ba-
ğlı onların arasındaki mənfi qarşılıqlı asılılıq, habelə Ermənis-
tanın çox zəif iqtisadi imkanları və onun xarici aktorlardan da-
ha çox asılılığı bu iki dövlətdə sosial-siyasi sahədə olan qeyri-
sa
bitlik potensialını bərabərləşdirir.
H
ər iki dövlətin təhlükəsizlik sahəsini bağlayan Dağlıq
Qa
rabağ probleminin effekti onların regionda hərbi-siyasi rəqa-
b
ətinin dinamikasını müəyyən edir. Bu əlaqə həm də onların
ara
sındakı güc asimmetriyasının izahında faydalı ola bilər.
Dağlıq Qarabağ ərazisinə malik olmaq Azərbaycan və Er-
m
ənistan tərəfindən milli təhlükəsizliyin həyati mənası kimi
d
ərk olunur. Azərbaycan üçün Dağlıq Qarabağ beynəlxalq hü-
quq baxımından tanınmış, ona məxsus bir ərazidir. Strateji cə-
h
ətdən mühüm olan bu ərazinin itirilməsi regional güc balan-
167
|