253
böhranlar, ekoloji balansın saxlanılması, gerçəkləşdirilməsi
mümkün ola bilən terror aktları, və s. məsələlərlə əlaqədar
fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün ideya
və tövsiyələr işləyib hazırlamaq nöqteyi-nəzərindən
faydalıdır.
113
Əlbəttə, ekstremal vəziyyətlərdə KİV-in emosiyalara
qapılaraq zorakılığa zorakılıqla cavab vermək, intiqam
almaq çağırışları ilə çıxışlar etməsi olduqca təhlükəlidir. Bu
cür çağırışlar cəmiyyətdəki gərginliyi daha da artırır, ayrı-
ayrı qrupları qarşı-qarşıya qoyur. Kütləvi informasiya
vasitələri isə cəmiyyətdə stabillik yaradan bir faktor rolu
oynamaq missiyasından uzaqlaşaraq qeyri-stabillik yaradan
amilə çevrilir.
Beləliklə, yuxarıdakılardan belə nəticəyə gəlmək olur
ki, a) “beynəlxalq terrorizm” dünyaın müasir inkişafının
qloballaşmasının məhsuludur; b) öz spesifik
yönümlülüyünü və çalarını qlobal oliqarxiyanın
“fövqəlmilli” siyasi, iqtisadi, sosial və informasiya
strategiyasından götürür; c) getdikcə beynəlxalq
münasibətlərlə bağlı kəskin qlobal problemə çevrilir.
Kütləvi informasiya vasitələri bu transformasiyanı aşağıdakı
səbəblərlə izah edir:
Dostları ilə paylaş: