Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


Mövzu 2. Jurnalistika və qlobal geosiyasi problemlər



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə227/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   223   224   225   226   227   228   229   230   ...   284
Mövzu 2. Jurnalistika və qlobal geosiyasi problemlər. 
Yeni müharibələrin qarşısının alinması və sülh problemi 
 
Müasir intersosial və siyasi problemlər, dövlətlərarası 
münasibətlər və  bəşəriyyətin demilitarizasiyası müasir 
dövrün mərkəzi qlobal problemi və  KİV-in  əsas 
mövzularından biri kimi. Geosiyasət anlayışı  və onun 
növləri. 
Müharibənin dövlət siyasətinin zorakılıq vasitəsilə da-
vamı olması. Müharibə qanunlarının müharibənin gedşinə, 
müqəddəratına təsiri. Müharibənin müqəddəratının vuruşan 
dövlətlərin məhsuldar qüvvələrinin inkişaf səviyyəsindən, 
iqtisadi potensialından, elmi-texniki inkişaf səviyyəsindən, 
sosial-siyasi quruluşundan, ideologiyasından, xalqın mənəvi 
səviyyəsindən, döyüş qüdrətindən və s. asılılığı. 
Dünya tarixində müharibələrin bəşəriyyətə  gətirdiyi 
fəlakətlər. Siyasi məzmunundan asılı olaraq, müharibələrin 
xarakteri: ədalətli, ədalətsiz, dünya və regional müharibələr. 
Dünyanın təhlükəsizliyi sisteminin yaradılması  zərurəti. 
Müharibələrin baş vermə  səbəblərinin aradan qaldırılması. 
Müharibə  qızışdırıcılarının təcavüzkar və  qəsbkarlıq siya-
sətlərinin ifşası. Müharibəyə qarşı  və sülh uğrunda müba-
rizədə BMT və digər benəlxalq təşkilatların rolu. 
Müharibə  əleyhinə mübarizədə siyasi partiyaların 
iştirakı. Sülh siyasətinin mahiyyəti. Xarici siyasətin qeyri-
zorakı yolla həyata keçirilməsi. Sülh uğrunda kütləvi 
hərəkatın genişləndirilməsi. 
Sülh, tərk-silah və yeni dünya müharibəsinin qarşısı-
nın alınmasının müasir dövrdə bir nömrəli qlobal problemə 
çevrilməsi. 
Sülhün qorunub saxlanılması  uğrunda mübarizədə 
sülh tərəfdarlarının rolu. Ümumdünya Sülh Şurasının 
məqsəd və vəzifələri. 
322 
 
Sülhsevər qüvvələrin beynəlxalq münasibətlərdə dinc 
əməkdaşlıq və tərk-silah uğrunda mübarizəsinin əhəmiyyəti. 
Müharibə  və sülh probleminin KİV-də qoyuluşu, 
məqsədi, mahiyyəti, hərəkətverici qüvvələri. Problemin 
işıqlandırılmasının forma və metodları. “Soyuq müharibə” 
dövrünün sonu, beynəlxalq miqyasda yeni dövrün başlan-
ması, sülh işinə qorxu törədən regional münaqişələrin mey-
dana gəlməsi səbəbləri və onların aradan qaldırılması 
yollarının müəyyənləşdirilməsində 
KİV-in rolu. 
Geosiysətdə baş verən keyfiyyət transformasiyalarının, 
demoqrafik aspektlərin, mədəniyyət-sivilizasiya və 
konfessional amillərin, informasiya, kosmik və digər yeni 
texnologiyaların inkişafının və yayılmasının, iqtisadi 
proseslərin geosiyasi vəziyyətə  təsi-rinin, yerli maraqların 
KİV tərəfindən nəzərə alınması və təhlili. 
Postsovet məkanında meydana gəlmiş  və müstəqil 
inkişaf yoluna qədəm qoymuş ölkələrdə geosiyasi vəziyyət. 
Müstəqilliyin  əldə olunması ilə Azərbaycanın geosyasi qa-
zancları 
və itkiləri. Milli zəmində münaqişələr 
törədilməsində ekstremist, qatı millətçi qüvvələrin 
məqsədlərinin ifşasında KİV-in iştirakı 
zərurəti. 
Azərbaycana qarşı Ermənistanın apardığı  işğalçılıq 
siyasətinin ifşasında KİV-in rolunun daha da artması. 
Erməni terrorçu təşkilatlarının beynəlxalq terrorizmin tərkib 
hissəsi olduğunun dünya ictimaiyyətinə çatdırılmasında 
KİV-in iştirakının getdikcə daha da artırılması zərurəti. Bu 
konteksdə Azərbaycan KİV-inin qarşısında duran əsas 
vəzifələr. 
Geosiyasi problemlərin işıqlandırılmasının forma və 
metodları. Janr müxtəlifliyindən daha səmərəli istifadə 
edilməsinin vacibliyi. 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin