Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə275/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   271   272   273   274   275   276   277   278   ...   284
 
 


379 
 
VIII. Birləşmiş Millətlərin Gücləndirilməsi 
 
29.
 
Biz Birləşmiş Millətləri, öz qarşısında duran 
bütün prio-ritetləri yerinə yetirmək üçün daha səmərəli bir 
alətə çevirmək yolunda əlimizdən gələni  əsirgəməyəcəyik; 
həmin prioritetlər aşağıdakılardan ibarətdir: dünyanın bütün 
insanelarının inkişafı  və yoxsulluğun aradan qaldırılması 
uğrunda mübarizə; cahillik və  xəstəliklərə,  ədalətsizliyə, 
zorakılığa, terror və cinayətlərə  və bizim ümumi evimizin 
korlanması və dağıdılmasına qarşı mübarizə.  
30.
 
Beləliklə də biz aşağıdakıları qət edirik:  
 
o
 
Baş Assambleyanın BMT-nin baş  məsləhətçi, 
qanunverici və təmsilçi orqanı kimi mərkəzi rolunu bir daha 
təsdiq etmək və onun öz rolunu səmərəli  şəkildə  həyata 
keçirməsi üçün lazımi şəraiti yaratmaq  
o
 
Təhlükəsizlik  Şurasının bütün aspektlərində  ətraflı 
islahatlar aparılmasına nail olmaq üçün cəhdlərimizi 
intensiveləşdirmək  
o
 
Mövcud nailiyyətlərinə  əsaslanaraq  İqtisadi və 
Sosial Şuranı daha da gücləndirmək və Nizamnamədə onun 
üçün təyin olunmuş rolu icra etməsinə yardım etmək  
o
 
Beynəlxalq məsələlərdə ədaləti və qanunun aliliyini 
təmin etmək məqsədilə Beynəlxalq  Ədalət Məhkəməsini 
gücləndirmək  
o
 
Birləşmiş Millətlərin  əsas orqanlarının öz funk-
siyalarını yerinə yetirmələrinə  təkan vermək məqsədilə 
onlar arasında  əlaqələndirməni və mütəmadi məşvərəti 
möhkəmləndirmək  
o
 
Təşkilatın, öz qarşısında duran vəzifələri yerinə 
yetirməsi üçün ona lazım olan resurslarla vaxtı-vaxtında və 
əvvəlcədən təchiz olunmasını təmin etmək  
o
 
Ən yaxşı idarəetmə  təcrübəsi və mümkün texnolo-
giyanı  tətbiq etmək və Üzv Dövlətlər tərəfindən 
razılaşdırılmış prioritetləri  əks etdirən tapşırıqlara xüsusi 
380 
 
diqqət yetirməklə, Üzv Dövlətlərin maraqları daxilində, Baş 
Assambleya tərəfindən razılaşdırılmış prosedurlara və 
qaydalara müvafiq olaraq Katibliyi həmin resurslardan ən 
mükəmməl şəkildə istifadə etməyə sövq etmək.  
o
 
Birləşmiş Millətlər Təşkilatı Heyətinin 
Təhlükəsizliyi üzrə Konvensiyaya ciddi əməl olunmasına 
nəzarət etmək  
o
 
Sülh və inkişaf məslələrinə tam əlaqələndirilmiş 
yanaşma metodunu əldə etmək baxımından Birləşmiş 
Millətlər, onun agentlikləri, Bretton-Vudz təşkilatları  və 
Ümumdünya Ticarət Təşkilatı, həmçinin, digər çoxtərəfli 
orqanlar arasında daha geniş siyasi əlaqə  və daha 
mükəmməl əməkdaşlıq yaratmaq  
o
 
Müxtəlif sahələrdə, o cümlədən sülh və 
təhlükəsizlik, iqtisadi və sosial inkişaf, beynəlxalq qanun və 
insan hüquqları, demokratiya və gender məsələləri 
sahəsində Birləşmiş Millətlər və milli parlamentlər arasında 
onların ümumdünya təşkilatları, Parlamentlərarası  İttifaqı 
vasitəsilə əməkdaşlığı gücləndirmək.  
o
 
Təşkilatın məqsəd və vəzifələrinin həyata keçirilmə-
sinə yardım etmək üçün fərdi sektora, qeyri-hökumət təşki-
latlarına və  vətəndaş  cəmiyyətinə daha böyük imkanlar 
yaratmaq.  
 
31.
 
Biz Baş Assambleyadan tələb edirik ki, bu 
Bəyannamənin  şərtlərinin icrası üzrə  əldə olunan 
nailiyyətləri mütəmadi olaraq nəzərdən keçirsin və Baş 
Katibdən xahiş edirik ki, Baş Assambleya tərəfindən 
nəzərdə tutulan və  gələcək fəaliyyətin  əsası hesab oluna 
bilən vaxtaşırı hesabatlar hazırlasın.  
32.
 
Biz bu tarixi hadisə ilə əlaqədar hamılıqla təsdiq 
edirik ki, Birləşmiş Millətlər bütün bəşər ailəsinin ümumi 
bölünməz evidir ki, onun vasitəsilə biz sülh, əməkdaşlıq və 
inkişaf sahəsində ümumi məqsədlərimizə nail olmağın 
yollarını axtaracağıq. Buna görə  də biz bu ümumi 


381 
 
vəzifələrin həyata keçirilməsinə güclü dəstək verəcəyimizə 
və onlara nail olmaq üçün əlimizdən gələni 
əsirgəməyəcəyimizə söz veririk.  
 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin