Sosial təbii proseslərin öyrənilməsinin vacibliyi nə ilə bağlıdır? Planetimizdə baş verən sosial təbii proseslər
bəşəriyyətin sosial inkişafını və fiziki artımını müəyyən
edir. Problem ondan ibarətdir ki, “inkişaf” sonsuzdur,
“artım”ın isə öz hüdudları vardır. Hüdud ounla izah olunur
ki, Yer kürəsi konkret fiziki məhdudiyyətlərə (sərhədlərə)
malikdir. Ona görə də inkişafın sonsuz olmasına
40
baxmayaraq, onu daim müşayiət edən artım olduqca
məhduddur.
İlk dəfə bəşəriyyətin artımının məhdudluğu fikri
ingilis iqtisadşısı R.T.Maltus (1766-1834) tərəfindən
söylənilmişdir. Maltusun narahatlığı uzaq gələcəklə bağlı
olsa da, bu «gələcək» artıq XX əsrin ikinci yarısında özünü
göstərməyə başlayır.
Sosial təbii proseslər bəşəriyyətlə eyni vaxtda
yaranmışdır və onunla eyni tarixə malikdir. Lakin o vaxtlar
sosial təbii proseslərin baş verməsi nəzərə çarpmırdı və bu
səbəbdən də onların nəticələri o qədər də təşviş
doğurmurdu.
XX əsrin ortalarında baş verən proseslər insanları
sosial təbii proseslərin xarakterinə və tendensiyalarına ciddi
diqqət yetirməyə vadar edir.
İkinci dünya müharibəsi sosial təbii proseslərin
xarakterini güclü şəkildə dəyişir – bu dəyişiklik dünya müstəmləkə sisteminin dağılması və Elmi Texniki İnqilabın baş verməsindən ibarət idi. Dünya bazarının yenidən
bölünməsi və Elmi Texniki İnqilabın nailiyyətlərindən
istifadə olunması nəticəsində dünyada o vaxtadək
görünməmiş iqtisadi inkişaf prosesi başlayır. Bu da öz
növbəsində müvafiq artıma səbəb olur. Bunun nəticəsi
olaraq artım öz hüdudları ilə rastlaşır, bu hüdudlar isə
bəşəriyyətin qarşısında planetin fiziki imkanları problemini
qoyur. Beləliklə, baş verən sosial təbii proseslər müasir
bəşəriyyəti onun artımının hüdudlarına gətirib şıxarır.
Məhz bu vəziyyət müasir dövrün qlobal problemlərinin
həllinin vacibliyinə səbəb olur və bu da öz növbəsində
həmin qlobal problemləri yaradan sosial təbii proseslərin
təhlilini tələb edir.