Müasir dövrdə ictimai fikirdə qlobal problemləri
müxtəlif mövqelərdən nəzərdən keçirən istiqamətlər
meydana gəlmişdir. Buna səbəb nədir? Nəzərə almaq
lazımdır ki, sosial təbii proseslərlə əlaqədar yaranmış
narahatlığın əsas səbəbi texniki inkişafın getdikcə artmaqda olan mənfi nəticələridir.
Müasir dövrdə qlobalistikanın aşağıdakı beş
istiqamətini göstərmək olar:
1.
Texnokratik qlobalistika. Bu istiqamətin tərəfdar-
ları belə bir mövqedən çıxış edirlər ki, qlobal problemlərin
kəskinləşməsinin başlıca səbəbi elmi-texniki tərəqqi oldu-
ğundan, bu problemin həlli yalnız texnikanın daha da tək-
milləşdirilməsi yolu ilə mümkün ola bilər.
2.
Postindustrial qlobalistika. Bu istiqamətin nüma-
yəndələri qlobal problemlərin səbəbini industrial
cəmiyyətdən postindustrial cəmiyyətə keçidlə əlaqədar
olaraq cəmiyyətin siyasi, sosial və iqtisadi strukturlarında
baş verən dəyişikliklərdə görür və belə hesab edirlər ki,
qlobal postindustrial cəmiyyətin yaranması ilə qlobal
problemlər həll olunacaqdır.
3.