115
rəqabətin güclənməsi ilə bağlı ziddiyyətlərlə zəngin ümumi
situasiyanı daha da mürəkkəbləşdirir. Bundan əlavə, bütün
göstərilən tendensiyalar bir-biri ilə qarşılıqlı surətdə sıx
bağlıdırlar və onlar bütövlükdə müasir dövrdə dünya
iqtisadiyyatının olduqca dinamik, mürəkkəb və ziddiyyətli
sisteminin məcmusunu yaradırlar.
Mütəxəssislərin fikrincə, hazırkı dövrdə qlobal
iqtisadi problemlərin KİV-də işıqlandırılmasının və
təhlilinin səviyyəsi o qədər də qənaətbəxş deyil. Bu da
əsassız deyildir. Yaxın xarici ölkələrin jurnalistika
nəzəriyyəçiləri hesab edirlər ki, jurnalistika sosial-iqtisadi
təcrübənin mühüm problemlərinin işıqlandırılmasının
səmərəli metodlarını hələlik tapa bilməmişdir. O, nəinki
ictimaiyyəti bu problemlərin həllinə səfərbər edə bilmişdir,
hətta keçid dövrü iqtisadiyyatının problemlərini də öncədən
tam görə bilməmişdir.
Bununla əlaqədar biz müstəqillik dövrünün ilk
illərinin
mətbuat materiallarının kontent-analizini
apararaq aşağıdakıları müşahidə edirik:
a) iqtisadi proseslər KİV-də qeyri-peşəkar səviyyədə
işıqlandırılır;
b) inflyasiya qeyri-peşəkar proqnozlaşdırılır : onun
həcmi azaldılır və reallıqlara uyğun gəlmir;
c) KİV istehsalın kəskin şəkildə aşağı düşməsini, pul
ödəmələrindəki böhranları
və iqtisadiyyatın
kriminallaşmasını öncədən görə bilmir;
ç) əksər KİV materiallarında güman edilir ki,
özəlləşdirmə iqtisadiyyatın səmərəliliyinin tez bir zamanda
artmasına gətirib şıxaracaqdır, həqiqətdə isə tamamilə
bunun əksinin şahidi oluruq;
d) KİV-in bazar davranışı və bazar institutlarının
spontan inkişafı haqqında hipotezləri özünü doğrultmur və
s.
116
Biz yuxarıda deyilənləri nəzərə alsaq,
ən azı
Dostları ilə paylaş: