Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


Qərarda aşağıdakılar göstərilir



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə158/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   154   155   156   157   158   159   160   161   ...   205
torpaq hüququ

Qərarda aşağıdakılar göstərilir: 
1)  fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə veriləcək otlaq sahəsinin nömrəsi və adı; 
2)  otlaq sahəsinin ölçüsü və yerləşdiyi ərazi; 
3)  sahənin torpaq və bitki örtüyünün vəziyyəti; 
4)  həmin torpağın normativ qiyməti (dəyəri) barədə nümunəsi  əlavədə göstərilmiş qaiməyə 
(sertifikata) uyğun olaraq məlumat; 
5)  otlağın tutumu və su təminatı; 
6)  otlaq sahəsində olan müvafiq tikili və obyektlərin adı, say və ölçüsü; 
7)  tikili və obyektlərin mövcud istifadəyə yararlılıq vəziyyəti. 
Qanunvericiliyə görə, yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin sərəncamı ilə ayrılmış otlaq 
sahəsinin sərhəddi yerquruluşu xidməti tərəfindən yerdə (naturada) müəyyən edildikdən sonra istifadəçi 
(icarəçi) ilə icarə (istifadə) müqaviləsinin bağlanması qanunvericilikdə  nəzərdə tutulmuş qaydada həyata 
keçirilir. Otlaq sahəsindən müvəqqəti istifadə və icarə müddəti başa çatdıqda, yeni müddət üçün həmin sahənin 
istifadəsində və icarəsində üstünlük hüququ əvvəlki istifadəçiyə və icarəçiyə verilir. 
«Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları»na 
görə yay və  qış otlaq sahələri dövlət və  bələdiyyə mülkiyyətində olan müəssisələrə  qısa müddətli istifadəyə 
verilir. Başqa fiziki və hüquqi şəxslərin icarəsinə isə 10 ildən 15 ilədək müddətə verilir. Bu zaman həmin 
sahələr üzərində istifadə və icarə hüquqlarının qeydiyyatı qanunvericilik qaydasında daşınmaz  əmlakın dövlət 
reyestrində aparılır. 
Otlaq sahələrindən və ya onun bir hissəsindən istifadə hüququna yerli icra hakimiyyəti və ya bələdiyyənin 
sərəncamı ilə xitam, davarların baş sayı azaldıqda, yaxud sürü tamamilə  sıradan çıxdıqda və ya onların 
mülkiyyətçisi dəyişdikdə verilir. Əgər belə hal bütöv bir inzibati-ərazi vahidinin ərazisində baş verərsə, o zaman 
Qaydalara uyğun olaraq həmin ərazi geri alınaraq, ehtiyacı olan digər inzibati-ərazi vahidinə verilir. 
Bu otlaqların istifadəsi və icarəsi zamanı inzibati-ərazi vahidləri daxilində mübahisə yarandıqda müvafiq 
rayon,  şəhər torpaq şöbəsinə müraciət olunur. Bu zaman məsələ 10 gün müddətinə torpaq qanunvericiliyinin 


126 
 
tələblərinə uyğun olaraq araşdırılır və konkret təkliflə müvafiq yerli icra hakimiyyəti orqanı  və ya bələdiyyə 
qarşısında vəsatət qaldırılır. 15 gün ərzində  həmin vəsatətə baxılıb müvafiq qərar qəbul edilir. Bu sahələrdən 
istifadəyə görə vergi ödənilməsi Vergi və Torpaq Məcəllələri ilə tənzimlənir. Lakin ümumi istifadəyə ayrılmış 
örüş sahələri torpaq vergisinə cəlb edilmir. 
Örüş sahələrinin və biçənəklərin fiziki və hüquqi şəxslərin istifadəsinə  və ya icarəsinə verilməsi üçün 
tələbat hesablanarkən mal-qaranın sayından, torpaq ehtiyatlarının həcmindən, sahənin tutumundan, coğrafi 
yerləşməsindən, suvarma imkanından asılı olaraq bu torpaqların dəmyə sahəsində 2-3 baş davar və 1 baş 
iribuynuzlu  mal-qara, suvarılan sahəsində isə müvafiq olaraq iki dəfə artıq davar və iribuynuzlu mal-qara 
otarılması nəzərdə tutulur. 
Qaydalara görə, torpaq istifadəçiləri və ya icarəçiləri aşağıdakı şərtlərə əməl etməyə borcludurlar: 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin