Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


)  otlaq sahələrindən təyinatı üzrə istifadəyə



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə159/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   155   156   157   158   159   160   161   162   ...   205
torpaq hüququ

1)  otlaq sahələrindən təyinatı üzrə istifadəyə; 
2)  otlaq sahələrindəki su mənbəyindən səmərəli istifadəyə və onların qorunub saxlanılmasına; 
3)  otlaq sahələrindəki mərz nişanlarının qorunmasına; 
4)  köç yolu və mal-qara düşərgəsinin təyinatı üzrə istifadəçisinə; 
5)  yataqlar və otlaqlararası xüsusi yollardan istifadə etməyə, lazımsız yol və cığırların salınmasına 
yol verməməyə; 
6)  otlaqlarda baytarlıq-sanitariya tələblərinə ciddi riayət etməyə; 
7)  otlaqlarda iribuynuzlu mal-qaranın sürü halında otarılmasına. 
Nəhayət, örüş, otlaq və bicənək sahələrinin istifadəçiləri və icarəçiləri tərəfindən həmin sahələrin alınıb-
satılmasına, girov qoyulmasına, özbaşına dəyişdirilməsinə  və torpaq qanunvericiliyinin digər tələblərinin 
pozulmasına yol verilmir. 
Kənd təsərrüfatı  təyinatlı torpaqların hüquqi mühafizəsinin keyfiyyət aspekti onlara olan hüquq və 
öhdəliklərdən asılı olmayaraq,  göstərilən torpaqları istifadə edən bütün subyektlər üçün aşağıdakı  tədbirləri 
həyata keçirməkdə ifadə olunur: 
1)  torpaqların münbitliyinin qorunması və artırılması üzrə; 
2)  torpaqların su və külək eroziyasından, duzlaşmadan, subasmadan, bataqlaşmadan, təkrar şorlaşmadan, 
qurumadan, kipləşmədən və digər torpaqların deqradasiyasına aparan proseslərdən müdafiə üzrə; 
3)  kənd təsərrüfatı yerlərinin bakterial-parazit və karantin bitki xəstəlikləri və  zərərvericiləri ilə 
yoluxmadan, alaq basmadan, kollaşmadan, torpağın vəziyyətini pisləşdirən digər növlərdən müdafiə 
üzrə; 
4)  korlanmış torpaqların rekultivasiyası, onların münbitliyinin bərpası, vaxtında təsərrüfat dövriyyəsinə 
cəlb olunması üzrə; 
5)  torpağın münbit qatının istifadəsi və mühafizəsi üzrə. 
Torpaqların deqradasiyasının qarşısının alınması, onların münbitliyinin bərpası  və çirklənmiş  ərazilərin 
rekultivasiyası  məqsədi ilə Azərbaycan Hökuməti tərəfindən müəyyən olunmuş qaydada onların təsərrüfat 
dövriyyəsindən tamamilə  çıxarılması ilə torpaqların konservasiyasına yol verilir. Bu məsələ Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 79 Saylı Qərarı ilə təsdiq edilmiş «Radioaktiv və 


127 
 
kimyəvi çirklənməyə  məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin