aşağıdakılara əsas verir:
a) icra hakimiyyəti orqanlarının və yerli özünü idarəetmə orqanlarının sənədlərinin, həmçinin
onların əsasında torpaq sahələri ilə bağlanmış əqdlərin etibarsız sayılmasına;
b) torpağa hüquqların dövlət qeydiyyatından imtina edilməsinə.
Hazırda qüvvədə olan Torpaq Məcəlləsində əvvəllər bizim qanunvericilikdə məlum olmayan, torpaqların
hüquqi rejiminin elementlərindən biri kimi araşdırıla bilən, torpaq sahələrinin icazəli istifadəsi anlayışı özünə
yer almışdır. Qanunvericiliyə görə torpaq sahəsinin icazəli istifadəsi, torpaq sahəsinin məqsədli təyinatı,
müəyyən olunmuş məhdudiyyətləri və yüklülükləri nəzərə alınmaqla istifadəsidir.
Torpaq sahələrinin icazəli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu
sənədləşdirilməsi əsasında təyin edilir. O, aşağıdakı tələbləri təmin edə bilər:
1) torpaq sahəsinin istifadəsi və torpağın münbitliyinin azalması və torpağın deqradasiyasına aparan istifadənin
qadağan olunması və ya ətraf təbii mühitin pisləşməsi üsullarına;
2) şəhərsalma sənədləşməsinə və tikinti normaları və qaydalarına müvafiq olaraq binaların tikilmələrinin
sıxlığına, yüksəkliyinə və dərinliyinə;
3) müvafiq zonaların və ya torpaq sahəsinin hüdudlarında sosial-mədəni, kommunal-məişət, sənaye və digər
binaların, qurğuların tikintilərinin yerləşdirilməsinə;
4) insanın sağlamlığına neqativ təsir göstərən və ya onun üçün yüksək təhlükə ilə əlaqədar olan istifadə
növlərinə;
5) ətraf təbii mühitə mümkün yol verilən yüklənmə normalarına;
6) yaşıllıqların saxlanmasına, həmçinin ölkə qanunvericiliyi və yerli özünü idarəetmə orqanlarının normativ-
hüquqi aktları ilə müəyyən olunmuş digər tələblər.
Torpaq sahəsinin icazəli istifadəsinə daxil olan tələblərin siyahısı həmin torpaq sahəsinə olan hüquqlardan
asılı olmayaraq müəyyən edilir.
122
Torpaq sahələrinin icazəli istifadəsi icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları
tərəfindən təyin edilir, həmçinin konkret torpaq sahəsi təqdim olunan zaman torpaq sahələrinə hüquqları təsdiq
edən sənədlərdə göstərilir.
Torpaq sahələrinin icazəli istifadəsi rejiminin özbaşına dəyişdirilməsinə yol verilmir.
|