Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə151/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   147   148   149   150   151   152   153   154   ...   205
torpaq hüququ

«torpağın hüquqi rejimi» termini torpaq münasibətlərinin obyekti kimi torpağın hüquqi xüsusiyyətlərini 
ümumiləşdirən və torpağa görə təşəkkül tapmış mühüm hüquqi münasibətlərin əhatəsinə içərisində göstərişlər 
olan nəzəri anlayış idi. 
İslahatlara qədərki torpaq-hüquq ədəbiyyatında, həmin dövrdə mövcud olan torpaq-hüquq quruluşundan 
çıxış edərək qeyd olunurdu ki, torpaq münasibətlərinin əsasını müstəsna olaraq torpağa dövlət mülkiyyəti təşkil 
edir. Bu torpaqların hüquqi rejiminin ən vacib elementi və  əsas yaradıcısı idi. Torpaqların hüquqi rejiminin 
növbəti struktur elementi, torpaq fondunun dövlət idarəedilməsi, torpağa dövlət mülkiyyəti hüququnun və 
torpaqdan istifadə hüququnun mühafizəsi, həmçinin təbii sərvət kimi torpağın mühafizəsi, vətəndaşlar və hüquqi 
şəxslər tərəfindən torpaq sahəsinin təsərrüfat istismarının  əsas hüquqi titulu kimi torpaqdan istifadə hüququ 
təşkil edir. Beləliklə, torpağın hüquqi rejimi, kənd təsərrüfatında əsas istehsal vasitəsi və ümumi əmək predmeti 
olaraq torpağın səmərəli istifadəsinin təmin olunmasına yönəlmiş qaydalar, torpaqdan istifadə hüququ və 
torpağın hüquqi mühafizəsi, torpaq fondunun dövlət idarəedilməsi, torpağa münasibətdə müstəsna dövlət 
mülkiyyəti hüququnun obyekti kimi mümkün və lazımi davranış qaydalarının müəyyən olunmuş hüquqi 
normaları kimi təyin olunur. 
Hazırda qüvvədə olan torpaq qanunvericiliyinin, həmçinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 
təhlili göstərir ki, torpağın hüquqi rejiminin göstərilən  əsas struktur elementləri formasına görə islahatlardan 
sonrakı dövrdə olan torpaqların hüquqi rejiminin də mahiyyətini təşkil edir. Belə ki, Torpaq Məcəlləsinin 10-cu 
maddəsinə görə, torpaqların hüquqi rejimi – torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin 
həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və  təbiəti mühafizə haqqında 
qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusu kimi təsbit edilmiş  və müəyyən torpaq 
kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edildiyi göstərilmişdir. 
Qüvvədə olan torpaq qanunvericiliyinə  əsasən belə bir nəticəyə  gəlmək olar ki, torpaqların hüquqi 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin