Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


torpaq kadastr fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında Əsasnamə»



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə149/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   205
torpaq hüququ

torpaq kadastr fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında Əsasnamə»yə görə dövlət torpaq 
kadastrı fondunun yaradılması, istifadəsi, mühafizəsi qaydaları  və  şərtləri müəyyən edilmişdir. Bu fonda 
Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, 
coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr 
məlumatları və materialları daxildir. 
Dövlət Torpaq Kadastr Fond Azərbaycan Respublikası Dövlət Torpaq və  Xəritəçəkmə Komitəsinin 
sərəncamında olub, onun məlumatlarında aşağıdakı işlərdə istifadə olunur: 
– torpaq ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində dövlət siyasətinin formalaşmasında və  həyata 
keçirilməsində; 
– torpaqların səmərəli istifadəsinə, münbitliyinin artırılmasına, qorunmasına, digər torpaq mühafizəsi 
tədbirlərinə dair kompleks dövlət proqramlarının hazırlanmasında və yerinə yetirilməsində; 
– yerquruluşu layihələrinin və sxemlərinin hazırlanmasında; 
–  şəhərsalma, meşəsalma, tikinti, meliorasiya, irriqasiya, geodeziya, topoqrafiya, geoloji kəşfiyyat və 
axtarış işlərinin layihələşdirilməsində və aparılmasında; 
– torpaq münasibətlərinin tənzimlənməsində, torpaqların normativ qiymətlərinin müəyyənləşdirilməsində, 
torpaq reyestrinin tərtibində və torpaq bazarının formalaşdırılmasında; 
– torpaq vergisinin və icarə haqqının müəyyənləşdirilməsində və tətbiqində; 
– torpaq informasiyası sisteminin və məlumat bankının yaradılmasında və istifadəsində; 
– torpaqların istifadəsinə, mühafizəsinə  və torpaq münasibətlərinin tənzimlənməsinə dövlət nəzarətinin 
həyata keçirilməsində. 
Fondda saxlanılan topoqrafiya-geodeziya, kartoqrafik, qravmetrik, aero və kosmik planların 
materiallarının məxfiliyi bu sahədə qüvvədə olan xüsusi təliamata uyğun olaraq təmin edilir və bu təlimatın 
tələbləri bütün hüquqi və fiziki şəxslər üçün məcburi olub, fondun məlumatları dövlət orqanlarının, 
bələdiyyələrin müvafiq qərar qəbul etməsi üçün əsasdır. 


118 
 
Torpaq ehtiyatlarının dövlət idarəetmə orqanları sistemi özündə Azərbaycan Respublikası Dövlət Torpaq 
və Xəritəçəkmə Komitəsinin baş idarələrini və onun rayon, şəhər şöbələrini birləşdirir. 
Yerlərdə torpaq fondunun dövlət idarəetməsi orqanlarının formalaşdırılması, təbii ki, müvafiq regional 
orqanların formalaşdırılması ilə  qırılmaz  şəkildə bağlıdır. Aşağıdan yuxarıya  şaquli istiqamətdə vahid 
idarəetmənin yaradılmasının vacibliyini nəzərə alaraq, torpaq ehtiyatlarının dövlət idarəetməsinin bütün 
sadalanan funksiyaları aşağıdan yuxarıya onun sisteminin bütün elementlərinin mahiyyətinə daxil olmalıdır. 
Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, hazırda torpaqların istifadəsinə  və mühafizəsinə görə 
nəzarətin həyata keçirilməsi və torpaq kadastrının aparılması üzrə  əsas işlər rayon (şəhər) strukturlarında 
cəmlənmişdir. Eyni dərəcədə yerquruluşu funksiyasının həyata keçirilməsi ilə  əlaqədar olan işlərin müəyyən 
həcmi, həmçinin torpaq ehtiyatlarının dövlət idarəetməsi rayon (şəhər) orqanları ilə  həyata keçirilir. Bununla 
əlaqədar, onun funksiyalarının həyata keçirilməsi üzrə torpaq ehtiyatlarının dövlət idarəetməsinin bütün 
strukturları arasında səlahiyyətlərin bölünməsi zəruridir. 
Torpaq ehtiyatlarının idarə edilməsi üzrə xüsusi dövlət orqanları ilə yanaşı  bəzi idarəetmə funksiyaları, 
xüsusən də dövlət nəzarəti funksiyası digər dövlət orqanlarının – təbiəti mühafizə, tikinti və arxitektura və 
sanitar-epidemioloji orqanların üzərinə qoyulmuşdur. 
Torpaq ehtiyatlarınnı dövlət idarəetməsi funksiyasından savayı qüvvədə olan qanunvericilik torpaq 
fondunun idarə edilməsinin dövlət xarakteri daşımayan bəzi funksiyaların nəzərdə tutmuşdur. Belə ki, 
«Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa (29 iyun 2001-ci il) 
görə  bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi 
sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur (maddə 5).  
Beləliklə, göstərilən funksiya həm dövlət, həm də qeyri-dövlət xarakteri daşıyır. Sonuncu halda göstərilən 
funksiyanın yerinə yetirilməsi yerli özünü idarəetmə orqanlarının müstəsna hüququdur. 
Torpaq qanunvericiliyinə riayət olunmasına görə nəzarət - dövlət, ictimai və istehsalat nəzarəti olmaqla 
- üç yerə ayrılır. Torpaqların istifadəsinə  və mühafizəsinə görə ictimai nəzarət, torpaq qanunvericiliyini yaxşı 
bilən və  təbii  ətraf mühitin mühafizəsi sahəsində  təcrübəyə malik olan şəxslərdən torpağın istifadəsi və 
mühafizəsinə görə nəzarət üzrə xüsusi səlahiyyətli dövlət hakimiyyəti orqanlarının təyin etdiyi ictimai birliklər 
və ictimai müfəttişlər tərəfindən həyata keçirilir. Müəssisələrdə, idarələrdə  və  təşkilatlarda torpaqların 
istifadəsinə və mühafizəsinə görə istehsalat nəzarəti aparılır. İctimai və istehsalat nəzarətinin aparılması qaydası, 
dövlət nəzarətinin aparılması qaydası kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən 
edilir. 


119 
 
 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin