§ 17. Torpaqların hüquqi rejimi anlayışı və kateqoriyaları
Torpaq qanunvericiliyinin bütün inkişafı ərzində, həmçinin təbii ehtiyatların istifadəsi və mühafizəsi
haqqında qanunvericilik sahələrinin inkişafı boyunca «meşələrin hüquqi rejimi», «yerin təkinin hüquqi rejimi», «suların hüquqi rejimi», «torpaqların hüquqi rejimi» terminlərindən istifadə olunmuşdur. Lakin
son vaxtlara qədər bu anlayış, xüsusən də «torpaqların hüquqi rejimi» anlayışı torpaq hüququ üzrə islahatlara
qədərki dövrdə nəşr olunmuş dərsliklərdə onlardan istifadə olunsa da, qanunvericilikdə araşdırılmamışdır.
Uzun bir dövr ərzində (40 ildən çox) «hüquqi rejim» anlayışı təbiətdən istifadə məsələləri üzrə
ədəbiyyatda təsdiq olunmuşdur və ümumi əhəmiyyət qazanmışdır.
Azərbaycan Respublikasının hazırda qüvvədə olan yeni Torpaq Məcəlləsi işlənib hazırlanana qədər