məlumatlarının metroloji təminatını həyata keçirmək.
Komitə ona həvalə olunmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
– torpaq ehtiyatlarından səmərəli istifadə olunması və onların mühafizəsi, torpaqların münbitliyinin
bərpası və artırılması, yerquruluşu, geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində dövlət proqramlarını
hazırlayır və aidiyyatı orqanlarla birlikdə onları həyata keçirir;
– torpaqların eroziyadan, şorlaşma, şorakətləşmə və müxtəlif antropogen və texnogen çirklənmədən
mühafizəsi, torpaqların münbitliyinin qorunması lahiyələrinin aidiyyəti təşkilatlarla birlikdə tərtib edir, həmin
layihələrin yerinə yetirilməsinə nəzarət edir.
– dövlət torpaq kadastrının, torpaqların monitorinqinin aparılması, habelə yerquruluşunun həyata
keçirilməsi üzrə işləri və tədbirləri təşkil edir və həyata keçirir;
– torpaq islahatının həyata keçirilməsi, torpaqdan səmərəli istifadə olunması və onun mühafizəsi,
geodeziya, topoqrafiya, qravimetriya və kartoqrafiya sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada
beynəlxalq təşkilatlarla, xarici ölkələrlə elmi-texniki əməkdaşlıq edir, onların təcrübəsini öyrənir və tətbiq edir,
qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ölkələrin ərazisində geodeziya və kartoqrafiya işlərini həyata
keçirir;
– torpaq haqqında məlumat bankı yaradır, torpaq geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin
tələblərinə hüquqi və fiziki şəxslər tərəfindən riayyət olunmasına nəzarəti həyata keçirir;
– yay və qış otlaq sahələrinin inzibati ərazi vahidləri arasında uzunmüddətli istifadə üçün bölüşdürülməsi
barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;
– öz səlahiyyətləri daxilində torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən çıxarılması
ilə əlaqədar olaraq kənd təsərrüfatı, meşə təsərrüfatı itkilərinin miqdarının müəyyən edilməsi barədə təkliflər
verir;
– müəyyən olunmuş qaydada torpaq münasibətlərinin, geodeziya və kartoqrafiya fəaliyyətinin dövlət
tənzimlənməsi ilə bağlı məsələlərə dair təlimatlar və göstərişlər qəbul edir, onların yerinə yetirilməsini təmin
edir və icrasına nəzarət edir, zəruri hallarda müvafiq nazirlik, dövlət təşkilatları və bələdiyyələr ilə həmin
məsələlərə dair normativ hüquqi aktların layihələrini razılaşdıraraq qəbul edir;
– təsərrüfat fəaliyyətinin torpağa olan zərərli nəticələrini təhlil edir, torpaqda baş verən hər hansı mənfi
proseslərin əmələ gəlməsini öncədən müəyyənləşdirir və onlara qarşı mübarizə tədbirlərinin hazırlanmasında,
habelə ekoloji şəraitin, eləcə də sanitar və fitosanitar normaların pozulmasının qarşısının alınmasında müvafiq
dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərir;
– dövlət torpaq kadastrının və torpaqların monitorinqinin aparılması, yerquruluşunun həyata keçirilməsi,
torpaqların mənimsənilməsi və mühafizəsi, habelə torpaqların rekultivasiyası ilə bağlı layihə-axtarış, elmi-
tədqiqat və təcrübi-ekspertimental işlərinin aparılmasını təşkil edir;
– torpaq sahələrinin yerquruluşu planından və dövlət kadastrı məlumatlarından çıxarışlar verir;
115
– hər il yanvar vəziyyətinə əvvəlki il üçün torpaq fondunun növlərinə, torpaqların rekultivasiyasına,
mülkiyyətçilər və istifadəçilər üzrə torpaq bölgüsünə, hər 5 ildən bir isə torpaqların keyfiyyətinə (bonitriovka,
iqtisadi qiymətləndirmə) dair ilkin hesabatları tərtib edir;
– torpaq vergisi dərəcələrinin müəyyənləşdirilməsi üçün kadastr qiymət rayonları və ora daxil olan
inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla
şərti balları müəyyənləşdirir, habelə torpağın normativ qiymətinin müəyyənləşdirilməsinə və torpaqlardan
səmərəli istifadə olunması və onların mühafizəsini təmin edən iqtisadi həvəsləndirmə tədbirlərinə dair təkliflər
hazırlayır;
– münbitlik xassələrini itirmiş torpaqların müvəqqəti əkin dövriyyəsindən çıxarılmasına
(konservasiyasına) dair təkliflər verir, torpaqların münbitliyinin bərpası, artırılması və onların mühafizəsi üzrə
investisiya proqramlarının ekspertizasını həyata keçirir, gələcəkdə həmin sahələrin kənd təsərrüfatı dövriyyəsinə
cəlb edilməsi barədə təkliflər verir;
– torpaq ehtiyatlarından istifadə olunmasında proqramların, sxemlərin və yerquruluşu layihələrinin dövlət
ekspertizasını aparır, o cümlədən şəhər və qəsəbələrin baş planlarının, rayonların perspektiv planlaşdırılması
sxemlərinin və digər layihələrin torpaqla əlaqədar hissələrini araşdırır və müvafiq rəylər verir;
– müvafiq dövlət və bələdiyyə orqanları ilə birlikdə torpaq, arqokimya, qeobotanika və digər axtarış
işlərinin aparılmasını təşkil edir;
– çirklənmiş, öz keyfiyyətini itirmiş və yararsız hala düşmüş (tənəzzülə uğramış) torpaqların konservasiya
edilməsinə dair təkliflərin hazırlanmasında iştirak edir;
– torpaq bazarı subyektlərinin hüquq və vəzifələrini əhali arasında təbliğ edir, torpaq bazarını tənzimləyən
rəsmi məlumatların müntəzəm toplanmasını, xüsusi bülletenlər və kütləvi informasiya vəsaitləri ilə
açıqlanmasını, habelə torpaq bazarının fəaliyyəti ilə bağlı öz səlahiyyətləri daxilində digər tədbirlər görür;
– müvafiq inzibati rayon vahidlərində torpaq kadastrının aparılması məqsədilə lazımi kadastr-planaalma
işləri həyata keçirir;
– qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri üzərində mülkiyyət və digər əşya
hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə işlərini aparır, habelə müvafiq texniki sənədləri tərtib edir
və onları həmin torpaq sahəsi üzərində hüquq əldə edənə verir;
– Azərbaycan Respublikası ərazisində baş verən dəyişikliklərə uyğun olaraq topoqrafik, inzibati, coğrafi
və məlumat xəritələrində olan bütün dəyişikliklərin yeni nəşr olunan xəritələrdə əks etdirilməsini təmin edir;
– Azərbaycan Respublikasının inzibati ərazi ölgüsünə uyğun olaraq rayon, şəhər, şəhər tipli qəsəbələr və
digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədlərini naturada müəyyən edir və xəritələşdirilməsini həyata
keçirir;
– vahid koordinat və hündürlük sistemində obyekt və sənaye komplekslərinin, şəhər və başqa yaşayış
məntəqələrinin ərazisinin 1:2000 və daha böyük, tikilməmiş (açıq) ərazilərdə isə 1:5000 və daha kiçik miqyaslı
topoqrafik xəritələrinin təzələnməsini və çoxməqsədli topoqrafik planaalmasını həyata keçirir;
– Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi ilə razılaşdırmaqla aerofotoplanaalma işlərini həyata keçirir və digər təşkilatları həmin məlumatlarla
müəyyən olunmuş qaydada təmin edir;
116
– Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin edən geodeziya, topoqrafiya,
kartoqrafiya, hidroqrafiya və digər işləri həyata keçirir;
– torpaq, su, meşə, şəhər və digər kadastr işlərinin aparılması üçün geodeziya istinadın yaradılması,
topogeodeziya, kartoqrafiya və kadastr plan və xəritələrinin tərtibatı, yeniləşdirilməsi və təminatı işlərini həyata
keçirir;
– geodeziya və karoqrafiyanın inkişafı üçün aerokosmik məlumatlar əsasında yer səthini, torpaq və bitki
örtüyünü tədqiq edir;
– qanunvericiliyə uyğun olaraq geodeziya və kartoqrafiya üzrə xüsusi təminatlı cihaz və avadanlıqların
idxalına və icracına nəzarət məqsədilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini müvafiq
metodik sənədlərlə, mütəmadi olaraq həmin cihaz və avadanlıqların siyahıları ilə təmin edir;
– ölkə ərazisində aparılan dövlət torpaq kadastrı, monitorinqi, yerquruluşu, geodeziya və kartoqrafiya
işlərinin nəticələri və kartoqrafiya təminatı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinə mütəmadi
olaraq məlumatlar verir, habelə dövlət kadastrı məlumatlarını qanunvericiliklə müəyyən edilmiş qaydada
Dostları ilə paylaş: |