Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


məlumatlarının metroloji təminatını həyata keçirmək



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə147/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   143   144   145   146   147   148   149   150   ...   205
torpaq hüququ

məlumatlarının metroloji təminatını həyata keçirmək. 
Komitə ona həvalə olunmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 
– torpaq ehtiyatlarından səmərəli istifadə olunması  və onların mühafizəsi, torpaqların münbitliyinin 
bərpası  və artırılması, yerquruluşu, geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində dövlət proqramlarını 
hazırlayır və aidiyyatı orqanlarla birlikdə onları həyata keçirir; 
– torpaqların eroziyadan, şorlaşma,  şorakətləşmə  və müxtəlif antropogen və texnogen çirklənmədən 
mühafizəsi, torpaqların münbitliyinin qorunması lahiyələrinin aidiyyəti təşkilatlarla birlikdə  tərtib edir, həmin 
layihələrin yerinə yetirilməsinə nəzarət edir. 
– dövlət torpaq kadastrının, torpaqların monitorinqinin aparılması, habelə yerquruluşunun həyata 
keçirilməsi üzrə işləri və tədbirləri təşkil edir və həyata keçirir; 
– torpaq islahatının həyata keçirilməsi, torpaqdan səmərəli istifadə olunması  və onun mühafizəsi, 
geodeziya, topoqrafiya, qravimetriya və kartoqrafiya sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada 
beynəlxalq təşkilatlarla, xarici ölkələrlə elmi-texniki əməkdaşlıq edir, onların təcrübəsini öyrənir və tətbiq edir, 
qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ölkələrin ərazisində geodeziya və kartoqrafiya işlərini həyata 
keçirir; 
– torpaq haqqında məlumat bankı yaradır, torpaq geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin 
tələblərinə hüquqi və fiziki şəxslər tərəfindən riayyət olunmasına nəzarəti həyata keçirir; 
– yay və qış otlaq sahələrinin inzibati ərazi vahidləri arasında uzunmüddətli istifadə üçün bölüşdürülməsi 
barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir; 
– öz səlahiyyətləri daxilində torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən çıxarılması 
ilə  əlaqədar olaraq kənd təsərrüfatı, meşə  təsərrüfatı itkilərinin miqdarının müəyyən edilməsi barədə  təkliflər 
verir; 
– müəyyən olunmuş qaydada torpaq münasibətlərinin, geodeziya və kartoqrafiya fəaliyyətinin dövlət 
tənzimlənməsi ilə bağlı  məsələlərə dair təlimatlar və göstərişlər qəbul edir, onların yerinə yetirilməsini təmin 
edir və icrasına nəzarət edir, zəruri hallarda müvafiq nazirlik, dövlət təşkilatları  və  bələdiyyələr ilə  həmin 
məsələlərə dair normativ hüquqi aktların layihələrini razılaşdıraraq qəbul edir; 
– təsərrüfat fəaliyyətinin torpağa olan zərərli nəticələrini təhlil edir, torpaqda baş verən hər hansı mənfi 
proseslərin  əmələ  gəlməsini öncədən müəyyənləşdirir və onlara qarşı mübarizə  tədbirlərinin hazırlanmasında, 
habelə ekoloji şəraitin, eləcə də sanitar və fitosanitar normaların pozulmasının qarşısının alınmasında müvafiq 
dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərir; 
– dövlət torpaq kadastrının və torpaqların monitorinqinin aparılması, yerquruluşunun həyata keçirilməsi, 
torpaqların mənimsənilməsi və mühafizəsi, habelə torpaqların rekultivasiyası ilə bağlı layihə-axtarış, elmi-
tədqiqat və təcrübi-ekspertimental işlərinin aparılmasını təşkil edir; 
– torpaq sahələrinin yerquruluşu planından və dövlət kadastrı məlumatlarından çıxarışlar verir; 


115 
 
– hər il yanvar vəziyyətinə  əvvəlki il üçün torpaq fondunun növlərinə, torpaqların rekultivasiyasına, 
mülkiyyətçilər və istifadəçilər üzrə torpaq bölgüsünə, hər 5 ildən bir isə torpaqların keyfiyyətinə (bonitriovka, 
iqtisadi qiymətləndirmə) dair ilkin hesabatları tərtib edir; 
– torpaq vergisi dərəcələrinin müəyyənləşdirilməsi üçün kadastr qiymət rayonları  və ora daxil olan 
inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla 
şərti balları müəyyənləşdirir, habelə torpağın normativ qiymətinin müəyyənləşdirilməsinə  və torpaqlardan 
səmərəli istifadə olunması və onların mühafizəsini təmin edən iqtisadi həvəsləndirmə tədbirlərinə dair təkliflər 
hazırlayır; 
– münbitlik xassələrini itirmiş torpaqların müvəqqəti  əkin dövriyyəsindən çıxarılmasına 
(konservasiyasına) dair təkliflər verir, torpaqların münbitliyinin bərpası, artırılması və onların mühafizəsi üzrə 
investisiya proqramlarının ekspertizasını həyata keçirir, gələcəkdə həmin sahələrin kənd təsərrüfatı dövriyyəsinə 
cəlb edilməsi barədə təkliflər verir; 
– torpaq ehtiyatlarından istifadə olunmasında proqramların, sxemlərin və yerquruluşu layihələrinin dövlət 
ekspertizasını aparır, o cümlədən  şəhər və  qəsəbələrin baş planlarının, rayonların perspektiv planlaşdırılması 
sxemlərinin və digər layihələrin torpaqla əlaqədar hissələrini araşdırır və müvafiq rəylər verir; 
– müvafiq dövlət və  bələdiyyə orqanları ilə birlikdə torpaq, arqokimya, qeobotanika və digər axtarış 
işlərinin aparılmasını təşkil edir; 
– çirklənmiş, öz keyfiyyətini itirmiş və yararsız hala düşmüş (tənəzzülə uğramış) torpaqların konservasiya 
edilməsinə dair təkliflərin hazırlanmasında iştirak edir; 
– torpaq bazarı subyektlərinin hüquq və vəzifələrini əhali arasında təbliğ edir, torpaq bazarını tənzimləyən 
rəsmi məlumatların müntəzəm toplanmasını, xüsusi bülletenlər və kütləvi informasiya vəsaitləri ilə 
açıqlanmasını, habelə torpaq bazarının fəaliyyəti ilə bağlı öz səlahiyyətləri daxilində digər tədbirlər görür; 
– müvafiq inzibati rayon vahidlərində torpaq kadastrının aparılması məqsədilə lazımi kadastr-planaalma 
işləri həyata keçirir; 
– qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri üzərində mülkiyyət və digər  əşya 
hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə işlərini aparır, habelə müvafiq texniki sənədləri tərtib edir 
və onları həmin torpaq sahəsi üzərində hüquq əldə edənə verir; 
– Azərbaycan Respublikası ərazisində baş verən dəyişikliklərə uyğun olaraq topoqrafik, inzibati, coğrafi 
və məlumat xəritələrində olan bütün dəyişikliklərin yeni nəşr olunan xəritələrdə əks etdirilməsini təmin edir; 
– Azərbaycan Respublikasının inzibati ərazi ölgüsünə uyğun olaraq rayon, şəhər, şəhər tipli qəsəbələr və 
digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədlərini naturada müəyyən edir və xəritələşdirilməsini həyata 
keçirir; 
– vahid koordinat və hündürlük sistemində obyekt və  sənaye komplekslərinin,  şəhər və başqa yaşayış 
məntəqələrinin ərazisinin 1:2000 və daha böyük, tikilməmiş (açıq) ərazilərdə isə 1:5000 və daha kiçik miqyaslı 
topoqrafik xəritələrinin təzələnməsini və çoxməqsədli topoqrafik planaalmasını həyata keçirir; 
– Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə 
Nazirliyi ilə razılaşdırmaqla aerofotoplanaalma işlərini həyata keçirir və digər təşkilatları  həmin məlumatlarla 
müəyyən olunmuş qaydada təmin edir; 


116 
 
– Azərbaycan Respublikasının müdafiəsini və  təhlükəsizliyini təmin edən geodeziya, topoqrafiya, 
kartoqrafiya, hidroqrafiya və digər işləri həyata keçirir; 
– torpaq, su, meşə,  şəhər və digər kadastr işlərinin aparılması üçün geodeziya istinadın yaradılması, 
topogeodeziya, kartoqrafiya və kadastr plan və xəritələrinin tərtibatı, yeniləşdirilməsi və təminatı işlərini həyata 
keçirir; 
– geodeziya və karoqrafiyanın inkişafı üçün aerokosmik məlumatlar əsasında yer səthini, torpaq və bitki 
örtüyünü tədqiq edir; 
– qanunvericiliyə uyğun olaraq geodeziya və kartoqrafiya üzrə xüsusi təminatlı cihaz və avadanlıqların 
idxalına və icracına nəzarət məqsədilə  Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini müvafiq 
metodik sənədlərlə, mütəmadi olaraq həmin cihaz və avadanlıqların siyahıları ilə təmin edir; 
– ölkə  ərazisində aparılan dövlət torpaq kadastrı, monitorinqi, yerquruluşu, geodeziya və kartoqrafiya 
işlərinin nəticələri və kartoqrafiya təminatı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinə mütəmadi 
olaraq məlumatlar verir, habelə dövlət kadastrı  məlumatlarını qanunvericiliklə müəyyən edilmiş qaydada 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin