Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə155/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   151   152   153   154   155   156   157   158   ...   205
torpaq hüququ

aşağıdakılara əsas verir: 
a) icra hakimiyyəti orqanlarının və yerli özünü idarəetmə orqanlarının sənədlərinin, həmçinin 
onların əsasında torpaq sahələri ilə bağlanmış əqdlərin etibarsız sayılmasına;  
b) torpağa hüquqların dövlət qeydiyyatından imtina edilməsinə. 
Hazırda qüvvədə olan Torpaq Məcəlləsində əvvəllər bizim qanunvericilikdə məlum olmayan, torpaqların 
hüquqi rejiminin elementlərindən biri kimi araşdırıla bilən, torpaq sahələrinin icazəli istifadəsi anlayışı özünə 
yer almışdır. Qanunvericiliyə görə torpaq sahəsinin icazəli istifadəsi, torpaq sahəsinin məqsədli təyinatı, 
müəyyən olunmuş məhdudiyyətləri və yüklülükləri nəzərə alınmaqla istifadəsidir. 
Torpaq sahələrinin icazəli istifadəsi torpaqların zonalaşdırılması,  şəhərsalma və yerquruluşu 
sənədləşdirilməsi əsasında təyin edilir. O, aşağıdakı tələbləri təmin edə bilər: 
1)  torpaq sahəsinin istifadəsi və torpağın münbitliyinin azalması və torpağın deqradasiyasına aparan istifadənin 
qadağan olunması və ya ətraf təbii mühitin pisləşməsi üsullarına; 
2)  şəhərsalma sənədləşməsinə  və tikinti normaları  və qaydalarına müvafiq olaraq binaların tikilmələrinin 
sıxlığına, yüksəkliyinə və dərinliyinə; 
3)  müvafiq zonaların və ya torpaq sahəsinin hüdudlarında sosial-mədəni, kommunal-məişət, sənaye və digər 
binaların, qurğuların tikintilərinin yerləşdirilməsinə; 
4)  insanın sağlamlığına neqativ təsir göstərən və ya onun üçün yüksək təhlükə ilə  əlaqədar olan istifadə 
növlərinə; 
5)  ətraf təbii mühitə mümkün yol verilən yüklənmə normalarına; 
6)  yaşıllıqların saxlanmasına, həmçinin ölkə qanunvericiliyi və yerli özünü idarəetmə orqanlarının normativ-
hüquqi aktları ilə müəyyən olunmuş digər tələblər. 
Torpaq sahəsinin icazəli istifadəsinə daxil olan tələblərin siyahısı həmin torpaq sahəsinə olan hüquqlardan 
asılı olmayaraq müəyyən edilir. 


122 
 
Torpaq sahələrinin icazəli istifadəsi icra hakimiyyəti orqanları  və yerli özünüidarəetmə orqanları 
tərəfindən təyin edilir, həmçinin konkret torpaq sahəsi təqdim olunan zaman torpaq sahələrinə hüquqları təsdiq 
edən sənədlərdə göstərilir. 
Torpaq sahələrinin icazəli istifadəsi rejiminin özbaşına dəyişdirilməsinə yol verilmir. 


123 
 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin