Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


“Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə157/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   153   154   155   156   157   158   159   160   ...   205
torpaq hüququ

“Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”na 
görə respublikamızın dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri  və köç yolları 
dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər isə yerli icra hakimiyyəti orqanlarının 
idarəçiliyində  və ya bələdiyyələrin mülkiy-yətindədir. Qaydalara uyğun olaraq bu torpaqlar mülkiyyətində  və 


124 
 
istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin haqqı ödənilməklə istifadəsinə və ya icarəsinə 
verilir. Bu zaman mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. Yay və  qış otlaq 
sahələrinin, mal-qara düşərgələrinin və köç yollarının başqa məqsədlər üçün istifadəsinə  və kateqoriyalarının 
dəyişdirilməsi Qaydalara əsasən icazə verilir. 
Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş 
sahələri  əhalinin mal-qarası üçün müddətsiz, ümumi istifadəyə verilir. Ehtiyat fondu torpaqlarında qalan örüş 
sahələri və biçənəklər hüquqi və fiziki şəxslərə haqqı ödənilməklə icarəyə verilir. 
Örüş, otlaq sahələri və biçənəklərin təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətini Qaydalara əsasən 
müvafiq icra hakimiyyəti orqanları  və  bələdiyyələr həyata keçirirlər.  Əgər bu sahələrin məhsuldarlığı  və 
münbitliyi təbii amillərin təsiri nəticəsində itirilərsə, o zaman həmin sahələr müvafiq yerli icra hakimiyyəti 
orqanının və ya bələdiyyənin vəsatətinə  əsasən sağlamlaşdırmaq üçün dövriyyədən çıxarılaraq konservasiya 
edilir. 
Yay və  qış otlaqları, habelə  bələdiyyə ehtiyyat fondunun örüş  və biçənək sahələri hüquqi və fiziki 
şəxslərin icarəsinə bir qayda olaraq on ildən beş ilədək verilə bilər. Bu müddət başa çatdıqda, müqavilə 
qanunvericilik qaydasında yenidən uzadıla bilər. Yay və  qış otlaqlarının, örüş  və biçənək sahələrinin 
istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv 
edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliyə 
müvafiq olaraq yenidən baxılır. 
Torpaq qanunvericiliyinə görə  qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən
keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı 
olaraq hər hektara 1- 4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. 
Ümumi istifadədə olan örüş sahələrinə, habelə fiziki və hüquqi şəxslərin icarələrinə verilən örüş  və 
biçənək sahələrinə olan tələbat hesablanarkən qanunvericiliyə görə mal-qaranın sayı, sahələrin həcmi, tutumu və 
yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativ-texniki tələblər nəzərə alınır. Həmçinin, 
istifadə edilən sahənin üç faizə qədər hissəsində yaşıl yem üçün xəsil (arpa) əkilə bilməsi istisna olmaqla, yay və 
qış otlaqlarının əkilməsinə yol verilmir. 
Qanunvericiliyə görə, fiziki və hüquqi şəxslər yay və  qış otlaqlarından, örüş  və biçənək sahələrindən 
səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını  və mal-qara düşərgələrini qoruyub 
saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Tələbata uyğun olaraq yay və 
qış otlaqlarında çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna 
olmaqla) inşa edilə bilər. 
Mülkiyyət formasından asılı olmayaraq yay və  qış otlaqları heyvandarlığın inkişafı üçün təbii yem 
mənbəyi olmaqla, yem ehtiyatının artırılması məqsədi ilə istifadə edilir. Odur ki, həmin otlaqlar inzibati-ərazi 
vahidləri arasında bölüşdürülür. Bu zaman aşağıdakı şərtlər nəzərə alınır: 
1)  dövlət damazlıq təsərrüfatının və bələdiyyə mülkiyyətində olan müəssisələrin yay və qış otlaqlarına 
olan tələbatı; 
2)  mülkiyyət formasından asılı olmayaraq, fiziki və hüquqi şəxslərin yay və qış otlaqlarına tələbatı; 
3)  otlaq sahələrinin yerləşdiyi yer; 


125 
 
4)  otlaq sahəsində müvafiq tikililərin olması; 
5)  fiziki və hüquqi şəxslərin mülkiyyətində, yaxud istifadəsində olan otlaq sahələrində davarların 
saxlanılması imkanı; 
6)  davarların sayı; 
7)  otlaq sahəsinin tutumu
8)  köç yolu və mal-qara düşərgəsinin mövcud vəziyyəti. 
Qeyd etmək lazımdır ki, yay və qış otlaq sahələrinin yerlərdə dövlət, bələdiyyə və ya xüsusi mülkiyyət 
formalı  təsərrüfatlar, eləcə  də digər fiziki və hüquqi şəxslər arasında bölüşdürülməsi yerli icra hakimiyyəti 
orqanlarının və ya bələdiyyələrin sərəncamı ilə həyata keçirilir. 
Qaydalara görə, fiziki və hüquqi şəxslər özlərinin yay və  qış otlaq sahələrinə olan tələbatlarının 
ödənilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciət etməli və bunun əsasında 
müvafiq icra hakimiyyəti orqanları tərəfindən torpaqayırma sənədləri hazırlamalıdır. Müraciətə və hazırlanmış 
sənədlərə baxaraq yerli icra hakimiyyəti orqanları  və  bələdiyyələr 15 gün müddətinə  qərar qəbul edirlər. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin