Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


§ 18. Kənd təsərrüfatı təyinatlı torpaqlar



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə156/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   152   153   154   155   156   157   158   159   ...   205
torpaq hüququ

§ 18. Kənd təsərrüfatı təyinatlı torpaqlar 
 
Hazırda qüvvədə olan Torpaq Məcəlləsinə görə,  torpaqların istifadəsinin  ərazi planlaşdırılmasında 
kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı  təyinatlı torpaqlar 
hesab olunurlar. 
Kənd təsərrüfatı təyinatlı torpaqlar əsasən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd 
təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Bu zaman ölkə 
vətəndaşları və hüquqi şəxslər həmin torpaq sahələrini qanunvericiliyə görə aşağıdakı qaydada əldə edirlər: 
–  kolxoz və sovxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; 
–  bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan 
torpaqların satın alınması; 
–  dövlət, bələdiyyə  və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə  və icarəyə torpaq sahəsi 
götürülməsi. 
 Qeyd etmək lazımdır ki, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər kənd təsərrüfatı 
məhsulları istehsalı  və emalı üçün kənd təsərrüfatı  təyinatlı torpaqları yalnız icarə hüququ əsasında  əldə edə 
bilərlər. Həmin  şəxslərə  kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə  və  sınaq fəaliyyəti ilə 
məşğul olmaq üçün də belə torpaqları icarə hüququ əsasında verirlər. 
Kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq fəaliyyəti ilə məşğul olan dövlət 
müəssisələrinə, idarələrinə  və  təşkilatlarına torpaq sahələri bir qayda olaraq kənd təsərrüfatı  təyinatlı dövlət 
torpaqlarından istifadəyə verilir. Əgər belə müəssisələr bələdiyyə mülkiyyətində olarsa, o zaman onlara torpaq 
sahələri bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqlarından istifadəyə və icarəyə verilir. 
Hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyətində olan kənd təsərrüfatı  təyinatlı torpaq sahələrini kənd 
təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq fəaliyyəti ilə məşğul olan müəssisələr, idarələr 
və təşkilatlar qanunvericilikdə müəyyən olunmuş qaydada satınalma və icazə hüququ əsasında əldə edə bilərlər. 
Qanunvericiliyə görə kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), 
meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının 
aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. 
Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş 
torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Bu torpaqlar xüsusi olaraq qorunur və onların qeyri-kənd 
təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi müstəsna hallarda, qanunvericiliyə uyğun olaraq müvafiq 
icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. 
Otlaqlar (yay və  qış otlaqları), örüş  və biçənək sahələri mülkiyyətində  və istifadəsində mal-qara olan 
hüquqi və fiziki şəxslərə verilir. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 Saylı Qərarı ilə təsdiq edilmiş 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin