121
4) xüsusi qorunan ərazilərin torpaqları;
5) meşə fondu torpaqları;
6) su fondu torpaqları;
7) ehtiyat fondu torpaqları.
Qanunvericiliyə görə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan
digərinə
keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Torpaq Məcəlləsində təsbit olunmuş torpaq kateqoriyaları aşağıdakı hallarda göstərilir:
1) xüsusi mühafizə olunan ərazilərin və digər təyinatlı torpaqların istifadəsinin
xüsusi hüquqi rejiminin
müəyyən olunması və ya torpaq sahələrinin təqdim olunması (verilməsi) haqqında
icra hakimiyyəti
orqanlarının qətnamələrində və yerli özünü idarəetmə orqanlarının qərarlarında;
2) torpağa hüquqları təsdiq
edən şəhadətnamələrdə, müqavilələrdə və digər
sənədlərdə;
3) dövlət torpaq kadastrı sənədlərində;
4) torpaq sahələrinə hüquqların dövlət qeydiyyatı sənədlərində.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq,
torpaqların həmin Məcəllədə və digər
qanunvericilik aktlarında müəyyən olunmuş qaydaların pozulması ilə
bir kateqoriyadan digərinə keçirilməsi
Dostları ilə paylaş: