Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


a) əməliyyat (ərazi, məkan) bazisi (insan fəaliyyətinin göstəricisi olan istehsal və digər obyektlərin



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə153/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   149   150   151   152   153   154   155   156   ...   205
torpaq hüququ

 a) əməliyyat (ərazi, məkan) bazisi (insan fəaliyyətinin göstəricisi olan istehsal və digər obyektlərin 
yerləşməsi yeri) kimi o, əmək və digər sosial-iqtisadi fəaliyyət növlərinin ümumi şərti olaraq xidmət edir;  
b) istehsal vasitəsi (istehsalat gücü); 
Azərbaycan Respublikasında bütün torpaqlar iki hissəyə bölünür:  
1) istifadə olunan (bu və ya digər funksiyanı yerinə yetirən torpaqlar);  
2) istifadə olunmayan (bu torpaqlar qanunvericilikdə ehtiyat torpaqları adlanır).  
İstifadə olunan torpaqlar göstərilən funksiyalardan birini yerinə yetirir. 
Məhsuldar qüvvə kimi istifadə olunan torpaqlar, həmin funksiyanı necə yerinə yetirilməsindən asılı olaraq 
da bir-birindən fərqlənə bilərlər. Belə ki, kənd təsərrüfatında və meşə  təsərrüfatında torpağın məhsuldarlıq 
qabiliyyətindən istifadə olunur ki, bu da torpaqların müvafiq kateqoriların hüquqi rejimində müəyyən ümumilik 
yaradır. 
Bu daha çox özünü meşə  təsərrüfatının meşəbərpaetmə sahəsində göstərir, belə ki, bu sahə  kənd 
təsərrüfatı kimi torpağın becərilməsi, onun gübrələnməsi,  əkin və ya səpin, suvarma və s. ilə bağlıdır. Lakin 
digər tərəfdən, meşə fondu torpaqlarının  əsas hissəsinin fəaliyyətində elə çizgilər mövcuddur ki, bu onları 
hüquqi rejiminə görə kənd təsərrüfatında istifadə olunan torpaqlardan fərqləndirir. 
Əməliyyat bazisi kimi istifadə olunan torpaqların hüquqi rejimi istehsal vasitəsi kimi istifadə olunan 
torpaqların hüquqi rejimindən xeyli fərqlənir. Orada torpağın istifadəsi haqqında normalar azdır. Lakin, 
əməliyyat bazisi kimi istifadə olunan torpaqlar müxtəlif cinslidir və vahid kateqoriya əmələ  gətirmir. Ümumi 
funksiyanın yerinə yetirilməsi çərçivəsində onlar, bu torpaqların müxtəlif kateqoriyalara bölünməsi və onların 
hüquqi rejiminin müxtəlifliyini şərtləndirən konkret məqsədli təyinata malik ola bilərlər. 
Qüvvədə olan qanunvericilik torpaqların aşağıdakı kateqoriyalarını nəzərdə tutur (Torpaq Məcəlləsi, 
maddə 9): 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin