nəzarəti həyata keçirmək; 4) əhalinin və ərazilərin radiasiya təhlükəsizliyini təmin etmək, ətraf mühitin radioekoloji
monitorinqini həyata keçirmək.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 74 Saylı Fərmanı ilə təsdiq edilmiş
«Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamə»yə görə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi əhalinin və ərazilərin nüvə
və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlət
siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət
nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
- radioaktiv maddələrin dağıdılması və ionlaşdırıcı şüa mənbələrinin itirilməsi şəraitinin və