Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməsi işini aparmaq



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə164/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   160   161   162   163   164   165   166   167   ...   205
torpaq hüququ

qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməsi işini aparmaq;  
-  əhalinin və  ərazilərin radiasiya təhlükəsizliyinin təmin edilməsində,  ətraf mühitin radioekoloji 
monitorinqinin keçirilməsində öz səlahiyyətləri daxilində iştirak etmək;  
-  faydalı qazıntı yataqlarının kəşfiyyatı zamanı faydalı qazıntıların, eləcə  də onlardan istehsal 
olunan tikinti materiallarının, konstruksiyaların və digər məmulatların radiasiya təhlükəsizliyi 
normalarına uyğun olmasına öz səlahiyyətləri daxilində nəzarəti təmin etmək;  
- əhalinin təbii radionuklidlərin təsirindən mühafizəsi məqsədi ilə ölkə ərazisində məskunlaşma və 
şəhərsalma işlərinin baş planının, eləcə  də  sənaye obyektlərinin yerləşmə baş sxeminin işlənib 
hazırlanmasında radiasiya təhlükəsizliyinin təmin olunmasına nəzarəti həyata keçirmək;   
- nüvə  və radiasiya təhlükəli obyektlərdə qanunvericiliklə müəyyən edilmiş qaydada nüvə  və 
radiasiya təhlükəsizliyinin ekspertizasını həyata keçirmək və ekspertizanın nəticələri barədə  rəyi təsdiq 
etmək;  
Qaydalara görə, torpaqların kimyəvi maddələrlə çirklənməsinin  əsas münbələri kənd təsərrüfatında 
bitkilərin mühafizəsində istifadə olunan zəhərli kimyəvi maddələr, eyni zamanda mineral gübrələr, sənaye, 
məişət və sair xarakterli çirkablı sular və tullantılardır. Radioaktiv və kimyəvi çirklənmələr zamanı 
radionuklidlərin radiasiya təhlükəsizliyi, onların yarımparçalanma dövrü, kimyəvi maddənin toksikliyi, torpaqda 
parçalanma müddəti və s. nəzərə alınır. 
Belə çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi
mühafizəsi, sağlamlaşdırılması və onların bərpası mülkiyyət formasından asılı olmayaraq bütün fiziki və hüquqi 
şəxslər üçün məcburidir. Torpaq qanunvericiliyinə görə belə torpaqlar kənd təsərrüfat dövriyyəsindən 
çıxarılaraq konservasiya edilməsi üçün dövlət ehtiyat torpaq fonduna keçirilir. Orada rekultivasiya işləri aparılıb 
sağlamlaşdırılana qədər kənd təsərrüfatı məhsullarının istehsalı qadağan edilir. 
Hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri nəticəsində kənd təsərrüfatı yerlərinin keyfiyyəti pisləşdikdə 
kənd təsərrüfatı  məhsulları istehsalı itkiləri həmin  şəxslər tərəfindən bu itkilərə  məruz qalmış torpaq 
mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilməlidir. 
Kənd təsərrüfatı  təyinatlı torpaqların deqradasiyası  və çirklənməsi səbəbindən vurulmuş  zərərin və 
itkilərin ödənilməsi ilə yanaşı, fiziki və hüquqi şəxslər, əgər onların fəaliyyəti nəticəsində torpağın keyfiyyəti 
pisləşmişsə, həmçinin kənd təsərrüfatı istehsalının itkilərini də ödəyirlər. 


129 
 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin