Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


«Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə172/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   ...   205
torpaq hüququ

«Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə»yə görə, Nazirlik aşağıdakı 
normativ-hüquqi aktları işləyib hazırlayır və təsdiq edir:  
1) tikinti, tikinti materialları, konstruksiya və detallarının istehsalı  və istifadəsi sahələrində öz 
səlahiyyətləri daxilində dövlət tənzimləməsindən irəli gələn normativ-hüquqi aktları;  
2)  geoloji və hidrogeoloji xarakterli təbii fəlakətlərdən müdafiə qurğularının tikintisinin 
(yerləşməsinin) baş sxeminin işlənib hazırlanmasını təşkil etmək; 
 
3) ölkənin bütün ərazisində tikilən sənaye, mülki və mühafizə obyektlərinin və qurğularının layihə-
smeta sənədlərinin dövlət ekspertizasını həyata keçirmək; 
4) daşqın və subasma zonalarını müəyyənləşdirmək və sahilbərkitmə  işlərini həyata keçirmək 
məqsədi ilə onların mühafizə zolaqlarının layihələndirilməsini təşkil etmək və tikintisinə nəzarəti təmin 
etmək; 
Şəhər və digər yaşayış  məskənləri  ərazilərinin baş planla funksional zonalara bölünməsi zonalaşdırma 
adlanır. 
Qanunvericilikdə  şəhərlərin və digər yaşayış  məntəqələrinin torpaqlarının zonalaşdırılmasının 2 növü 
nəzərdə tutulmuşdur. 
Zonalaşdırmanın  birinci növünə  ərazinin istifadəsində müəyyən məhdudiyyətlərin təyin olunduğu 
zonalar aiddir: 
–  qoruq zonaları, tarixi-mədəni komplekslərin və obyektlərin, tarix və  mədəniyyət abidələrinin mühafizəsi 
zonaları; 
–  xüsusi mühafizə olunan təbii ərazilərin, o cümlədən sanitar-mühafizə dairələri zonaları; 
–  sanitar, müdafiə və sanitar-müdafiə zonaları; 
–  su mühafizə zonaları və sahilyanı müdafiə zolağı; 
–  su təchizatı mənbələrinin sanitar mühafizə zonaları; 
–  faydalı qazıntı yataqları zonaları; 
–  təbii və texnogen xarakterli fövqəladə vəziyyətin təsirinə məruz qalmış ərazilər; 
–  fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonaları; 
–  ekstremal təbii-iqlim şəraiti zonaları; 
–  qanunvericiliklə müəyyən olunmuş digər zonalar. 
Şəhər və kənd yaşayış məntəqələrinin ərazilərinin zonalaşdırılmasının ikinci növü əsasən, şəhər və kənd 
yaşayış  məntəqələrinin torpaqlarının tərkibinə uyğun gələn, torpaq sahələrinin konkret məqsədli istifadəsi 
əsasında aparılır. Bu baxımdan qanunvericilik aşağıdakıları ayırır: 
–  yaşayış zonaları; 
–  ictimai-işgüzar zonalar; 
–  istehsalat zonaları; 
–  mühəndis və nəqliyyat infrastrukturu zonaları; 
–  rekreasiya zonaları; 


134 
 
–  kənd təsərrüfatı istifadəsi zonaları; 
–  xüsusi təyinatlı zonalar; 
–  hərbi obyektlərin zonaları, rejim ərazilərinin digər zonaları. 
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə,  şəhər hüdudlarından kənarda yerləşən,  şəhər 
ərazisinin genişləndirilməsi üçün ehtiyat sayılan, abadlaşdırma və  şəhər təsərrüfatının normal işləməsi ilə 
əlaqədar zəruri qurğuların yerləşdirilməsi və tikilməsi üçün nəzərdə tutulan torpaqlar, habelə qoruyucu və 
sanitariya-gigiyena məqsədləri güdən və  əhalinin istirahət yeri olan meşələrlə, meşə-parklarla və digər 
yaşıllıqlarla örtülü torpaqlar aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq bələdiyyələr 
tərəfindən şəhərin şəhərətrafı zonasına ayrılır. 
Şəhərətrafı zonaların torpaqları bu zonaların təsdiq edilmiş planlaşdırma layihəsinə uyğun olaraq istifadə 
edilir. Bu torpaqlar xüsusi mühafizə edilir və orada sanitariya-gigiyena, sağlamlaşdırıcı funksiyalar və əhalinin 
istirahətinin təşkili məqsədləri ilə bir araya sığmayan tikili və qurğuların inşa edilməsi qadağandır (maddə 21). 
Qeyd etmək lazımdır ki, torpaq sahələri  şəhərətrafı zonaların tərkibinə daxil edilərkən həmin sahələr 
üzərində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları saxlanılır. 


135 
 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin