Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


«Meliorasiya və irriqasiya haqqında»



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə165/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   205
torpaq hüququ

«Meliorasiya və irriqasiya haqqında» Azərbaycan Respublikasının Qanununa (5 iyun 1996-cı il) görə 
torpaqların hidrotexniki, mədəni-texniki, kimyəvi, aqro-meşəmeliorasiya, aqrotexniki və digər tədbirlərin 
aparılması yolu ilə əsaslı yaxşılaşdırılması  meliorasiya, bu tədbirlər nəticəsində münbitliyi artırılmış torpaqlar 
isə meliorasiya olunmuş torpaqlar adlanır. 
Meliorasiya və irriqasiya tədbirlərinin planlaşdırılması meliorasiya və irriqasiya üzrə müvafiq icra 
hakimiyyəti orqanı  tərəfindən meliorasiya və irriqasiya sahəsində respublika və regional (rayon) proqramları, 
habelə  bələdiyyələrin, birliklərin, torpaq sahəsinin mülkiyyətçiləri və istifadəçiləri olan fiziki və hüquqi 
şəxslərin sifarişləri əsasında aparılır. 
Meliorasiyanın bu və ya digər növünün seçilməsi isə müvafiq ərazinin təbii-iqlim xüsusiyyətlərindən və 
kənd təsərrüfatının ehtiyaclarından asılı olaraq müəyyən edilir. 
Bələdiyyələrin, torpaq sahəsinin mülkiyyətçiləri və istifadəçiləri olan fiziki və hüquqi şəxslərin sifarişi ilə 
meliorasiya və irriqasiya tədbirləri planlaşdırılarkən meliorasiyanın növləri və meliorasiya və irriqasiya 
tədbirinin miqyası müvafiq standartlara, normalara və qaydalara uyğun olaraq müəyyənləşdirilir. 
Meliorasiya işləri aparılan müddətdə meliorasiya tədbirləri aparılan sahələr əkin altında istifadə olunmur. 
Onlara bitişik torpaqlardan isə qanunvericiliyə uyğun olaraq istifadə oluna bilər. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin