«Torpaq hüququ» anlayışını müəyyən edərkən, başlanğıc olaraq, hüquq nəzəriyyəsinin hüquq və
qanunvericilik kimi kateqoriyalarının nisbətinə müasir yanaşma əsas götürülür. Torpaq hüququnun müəyyən
edilməsi hər şeydən əvvəl hüququn və qanunvericiliyin ümumi fərqinə, habelə hüquq sistemi və qanunvericilik
sistemlərini təşkil edən elementlərin müxtəlifliyinə söykənir. Əgər hüquq sistemi norma və münasibətlərin
ideyasıdırsa, qanunvericilik sistemi isə hüquqi normaların və sahəvi sistemlərin qruplaşmasıdırsa, o zaman
müstəqil hüquq sahəsi kimi torpaq hüququnu xarakterizə edərkən əslində söhbət hüquq sistemini təşkil edən
müvafiq qruplaşmalardan biri haqqında gedir. Beləliklə, torpaq qanunvericiliyi hüquq sisteminin elementi
olmaqla yanaşı, bu sistemin digər elementləri ilə üzvi şəkildə bağlıdır. Bu bağlılıq özünü hüquqi normaların
formalaşmasına – hüquq münasibətləri modelinə müvafiq ideyaların təsirində göstərir.
Hüququn azadlıq ölçüsü kimi, ictimai münasibətlərin bütün sahələrində hüquq və öhdəlikləri uzlaşdıran
sosial ədalətin normativ təsbiti kimi başa düşülməsi, həmçinin öz sosial mahiyyətinə görə hüququn ictimai
yekdillik, kompromis vasitəsi kimi qəbul edilməsi, torpaq münasibətlərini tənzimləyən normaların
xarakteristikası üçün prinsipial əhəmiyyətə malikdir.
Məlum olduğu kimi hazırkı dövrdə torpaq-hüquq münasibətləri məsələsində vəziyyət əsaslı şəkildə
dəyişmişdir: torpaq üzərində dövlət mülkiyyətinin inhisarı ləğv edilmiş və onun yerini mülkiyyətin