Torpaq təbii ehtiyat kimi ictimai münasibətlərin bütün məcmusunun modeli – hüquqi normaların qurulması üçün mühüm əhəmiyyətə malik olan aşağıdakı əsas xarakteristikaların daşıyıcısıdır: mülkiyyət; istifadə; cəmiyyətin həyat və fəaliyyətinin əsası olan torpağın əsas keyfiyyət göstəricilərinin təminatı olan mühafizə. Müvafiq ərazilərdə yaşayan xalqların həyat və fəaliyyətinin əsasını torpaq kimi təşkil edən digər təbii
ehtiyatlar ya bərpa oluna bilir, ya da öz alternativləri vardır. Belə ki, meşələr məhv edilə və bərpa oluna bilər.
Yerin təkində olan enerji ehtiyatları bərpa olunmasa da, onların günəş, külək, atom enerjisi kimi alternativi
mövcuddur. Dünyanın su ehtiyatı praktiki olaraq qeyri-məhduddur. Çünki, duzlu suları da son nəticədə içməli
suya çevirmək mimkündür. Lakin torpaq hər şeydən əvvəl insanın mövcud olduğu yer kimi əvəzedilməzdir.
Hər bir cəmiyyət mövcud olduğu yer kimi məhdud miqdarda (dövlət sərhədləri ilə) torpağa malikdir.
Torpağın məhdudluğu qlobal hadisə olsa da, hər bir insan, hər bir şəxs üçün fərdi əhəmiyyətə də malikdir.
Torpağın məhdudluğunun fərdi olaraq ortaya çıxması nisbi xarakter daşıyır və hər şeydən əvvəl ayrıca bir
dövlətin sərhədləri daxilində bu və ya digər regionun əhali ilə məskunlaşmasıyla bağlıdır.
İnsan cəmiyyətinin həyatının əsası kimi torpağın nadir xüsusiyyəti - onun təbii münbitliyi, bitki