Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


Üçüncüsü: torpaq hüququnun müstəqil hüquq sahəsi kimi ayırmaq üçün bu gün üçüncü amil



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə24/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   205
torpaq hüququ

Üçüncüsü: torpaq hüququnun müstəqil hüquq sahəsi kimi ayırmaq üçün bu gün üçüncü amil 
(meyar) - Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (8 avqust 1999-cu il) kimi kodlaşdırılmış  sənədin 
mövcudluğu da böyük əhəmiyyətə malikdir. Eyni zamanda «Torpaq islahatı haqqında» (16 iyul 1996-cı il), 
«Torpaq icarəsi haqqında» (11 dekabr 1998-ci il), «Torpaq bazarı haqqında» (7 may 1999-cu il), «Dövlət 
torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında» (22 dekabr 1998-ci il), «Torpaqların 
münbitliyi haqqında» (30 dekabr 1999-cu il), «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» (7 dekabr 
1999-cu il), «Bələdiyyə  torpaqlarının idarə edilməsi haqqında» (29 iyun 2001-ci il) Azərbaycan 
Respulikasının qanunları və digər çoxsaylı köməkçi normativ-hüquqi sənədlər də ölkəmizdə torpaq hüququnun 
müstəqil hüquq sahəsi kimi tanınmasında mühüm əhəmiyyət kəsb edir. 
Ölkəmizdə torpaq münasibətlərini kompleks şəkildə  tənzimləyən hüquqi normaların məcmusunun 
analizindən belə  nəticə  çıxarmaq olar ki, torpaq hüququ torpağa mülkiyyət hüquqlarının və torpaq 
sahələrində müxtəlif hüquq növlərinin subyektlərinin çoxluğundan çıxış edərək Azərbaycan Respublikasının 
müstəqil hüquq sahəsi olub, torpaqların səmərəli istifadəsi və mühafizəsi, torpaq dövriyyəsinin xüsusiyyətləri 
ilə bağlı olan torpaq hüquq subyektlərinin davranışını  tənzimləyir, torpaqların səmərəli istifadəsi və 
mühafizəsinin təşkili üzrə dövlət orqanlarının fəaliyyət qaydalarını müəyyən edir, həmçinin cəmiyyətin həyat 
fəaliyyətinin bütün sferalarında torpaq sahələrinin istifadəsi ilə bağlı olan fiziki və hüquqi şəxslərin 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin