Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


amil kimi qiymətləndirilə bilər



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə23/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   205
torpaq hüququ

amil kimi qiymətləndirilə bilər. Hüquqi tənzimləmə metodu ictimai münasibətləri necə  tənzimlənməlidir 
sualına cavab axtaran zaman iki əsas mənada ortaya çıxır: imperativ və dispozitiv. Bu zaman qeyd etmək 
lazımdır ki, bəzən ədəbiyyatda hüquqi tənzimləmənin metodunun əlavə olaraq ortaya çıxarılmasının ayrılması 
cəhdinin arqumentləri fikrimizcə kifayət deyildir. Belə ki, «bu və ya digər səlahiyyət dairəsində torpaq 
hüquq münasibətləri subyektlərinə hüquq və azadlıqların verilməsində» ifadə olunan torpaq 
münasibətlərinin hüquqi tənzimlənməsinin göstəriş metodu təklif olunur. Məsələn, vərəsəlik üzrə torpaq 
sahəsinin verilməsi müstəsna olaraq vətəndaşın – torpaq sahəsinin mülkiyyətçisinin iradəsindən asılıdır. Dövlət 
yalnız, vətəndaş vəsiyyətnamə tərtib etmədikdə və qanuni varis olmadıqda müdaxilə edir. 
Göründüyü kimi bu halda vərəsəlik münasibətlərinin tənzimlənməsi zamanı yalnız iki metod tətbiq oluna 
bilir:  
1) dispozitiv – öz əmlakına özü istədiyi kimi sərəncam vermək hüququ, yəni onu vərəsəlik qaydasında 
hər hansı kəsə vermək;  
2) imperativ – varisin olmadığı halda əmlakın dövlətə keçməsi. 


19 
 
Müasir torpaq hüququnda dispozitiv və imperativ tənzimləmə metodları çox mürəkkəb şəkildə bir-birinə 
keçir. Bu və ya digər metodun üstün olmasını təyin etmək çox çətindir və ona heç lüzum da yoxdur, əks təqdirdə 
onların nisbəti sosial praktikanın təsiri altında dəyişə bilər. Belə ki, əgər bu gün biz vətəndaşların mülkiyyətində 
olan torpaq sahələrinin həmin torpağa mülkiyyət münasibətlərinin xüsusən də, mümkün olan ölçülərinin 
qanunla müəyyən olunmasının tənzimlənməsində müəyyən imperativə maliksə, o zaman bu metodun gələcəkdə 
dispozitivə keçməsi və ağırlıq mərkəzinin hüquqi yox, iqtisadi tənzimləyicilərin üzərinə düşməsi mümkünlüyü 
istisna deyildir. Odur ki, yalnız torpaq hüququna məxsus olan xüsusi hüquqi tənzimləmə metodu ola bilməz. Bu 
mənada görkəmli rus alimi B.V.Yerofeevlə razılaşmaq lazımdır ki, torpaq hüququnun tənzimləmə metodu 
birincisi, torpaq münasibətləri subyektlərinə onların maraqlarının qeyri-şərtsiz harmonikləşdirilməsi ilə hüquqi 
təsirin bütün spektrini özündə birləşdirir; ikincisi, hüquqi tənzimləmənin predmeti və müasir mərhələdə dövlətin 
və cəmiyyətin qarşısında duran vəzifələr ilə şərtlənmişdir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin