22
Yaşayış məskənlərində və məskənlərarası ərazilərdə yerləşən daşınmaz əmlak və onların komplekslərində
yenidən planlaşdırma, yenidənqurma, genişləndirmə işləri aparılan obyektlər tanınır («Şəhərsalmanın əsasları
haqqında» Qanun, maddə 5.). Lakin, əslində, torpaq şəhərsalmada bütün daşınmaz əmlak obyektlərinin
yerləşdiyi ümumi məkan-əməliyyat bazisi rolunda çıxış edir. Yuxarıda sadalananlar və «Səhərsalmanın əsasları
haqqında» Qanunun bir sıra maddələrinin analizi əsasında belə bir nəticəyə gəlmək olar ki, o, daha çox
şəhərlərdə və digər yaşayış məntəqələrində torpaqların planlaşdırılması və istifadəsi ilə əlaqədar olan
münasibətləri tənzimləyir. Həmin torpaqların sonrakı fəsillərdə hüquqi rejiminin araşdırılması zamanı ətraflı
danışılacaq.
Torpaq hüququ, müvafiq resursların (meşə, su, yerin təki) istifadəsi və mühafizəsini tənzimləyən digər
hüquq və qanunvericilik sahələri ilə qarşılıqlı təsirdə olan, başqa təbii ehtiyatlarla sıx bağlı olan torpaq
ehtiyatının tənzimləmə obyekti olduğu ictimai münasibətləri tənzimləyir. Torpaq, su, meşə və yerin təki hüququ
öz tənzimləmə predmeti və özünün xüsusi kodlaşdırılmış (məcəllələşdirilmiş) aktı –
Torpaq Məcəlləsi,
Su
Dostları ilə paylaş: