Müasir torpaq hüququnun əsas prinsipləri Azərbaycan Respublikasının hazırda qüvvədə olan torpaq qanunvericiliyindən irəli gəlir. Bunlara aşağıdakılar aiddir:
1) təbii resurs, daşınmaz əmlak obyekti və əsas istehsal vasitəsi kimi torpağın istifadəsinin tənzimlənməsinin uzlaşdırılması; 2) torpağa mülkiyyət hüququ subyektlərinin çeşidliliyi; 3) torpağa hüquqların çoxluğu; 4) torpağa öz hüquqlarının müdafiəsində torpaq münasibətləri iştirakçılarının bərabərliyi; 5) torpağa sahiblik, istifadə və sərəncam üzrə vətəndaşların və hüquqi şəxslərin fəaliyyətinə