mənbələri olan aşağıdakı hüquqi aktları birləşdirir:
1) Azərbaycan Respublikasının Konstitusiyası;
2) Azərbaycan Respublikasının Torpaq Məcəlləsi;
3) torpaqla əlaqədar olan digər qanunlar;
4) Azərbaycan Respublikası Prezidentinin Fərmanları;
5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
6) müvafiq nazirliklərin və komitələrin əmrləri və təlimatları;
29
7) bələdiyyələrin hüquqi aktları.
30
§ 4. Torpağa xüsusi mülkiyyət hüququ
Cəmiyyətin inkişaf tarixi göstərir ki, torpağın fərdlərə məxsusluğu onun iqtisadi və sosial vəziyyəti üçün
mühüm rol oynamış və bununla da bütün dövrlərdə və bütün xalqlar üçün torpağa mülkiyyət uğrunda
mübarizəni şərtləndirmişdir. Bu mübarizə dünyada çoxsaylı inqilabların əsas hərəkətverici qüvvəsi olmuşdur.
İnsanın torpağa can atması, onun mülkiyyətçisi olmağa can atması müəyyən obyektiv əsasa malikdir. İri torpaq
mülkiyyətindən geri çəkilməyin vacibliyini və onun bilavasitə istehsalçıya, xüsusən də kənd təsərrüfatında
verilməsi XVIII əsrin axırında – XIX əsrin birinci yarısında qərb iqtisad elmi tərəfindən dərk edilmişdir.
Mançestr adlanan istiqaməti təmsil edən liberal iqtisadçılar iqtisadi fərdiyyətçiliyə əsaslanan, azad, heç nə ilə
sıxışdırılmayan rəqabət zamanı kənd təsərrüfatında məhsuldar qüvvələrin ən yüksək inkişafını gördülər. XVII
əsrdə meydana gəlmiş iqtisadi fərdiyyətçilik istiqaməti torpağa tam azad sərəncam verməyin etiraf olunmasını
tələb etdi. Roma hüququnda ifadə olunduğu kimi torpağa xüsusi mülkiyyət institutu bu istiqamətin iqtisadçıları
tərəfindən torpağın kəndliyə xüsusi mülkiyyətə verilməsi zamanı torpağa münasibətin ən adekvat forması kimi
təsəvvür edilirdi və ona insan və vətəndaş hüquqlarını təmin edirdi.
Qeyd etmək lazımdır ki, roma hüququnda xüsusi mülkiyyət hüququnun təşəkkül tapması prosesi müəyyən
təkamülə məruz qalmışdır. Təkcə roma tarixinin respublika dövrünün başlanğıcında icma torpaq sahibkarlığı
tədricən fərdiyyətçiliyə transformasiya edir, torpaq sahələrinin mülki-hüquqi dövriyyəsi əmələ gəlməyə başlayır.
Roma hüququna, öz təbiətinə görə mülkiyyət hüququna çox yaxın olan, torpağa digər əşya hüquqları da məlum
idi. Belə bir hüquq, ilk öncə superfitsiya idi. Bu hüquq uzun müddətdə və ya daimi olaraq tətbiq edilirdi, irsən
ötürülürdü və özgəninkiləşdirilə bilərdi. Beləliklə, superfitsar mülkiyyət hüquq səlahiyyətinə analoji olan hüquq
səlahiyyətinə malik idi. Superfitsiya roma hüququnda torpaq sahəsinin tikinti və qurğu altına verilməsi üçün
tətbiq olunurdu. Kənd təsərrüfatında istifadə olunan torpaqlara gəldikdə isə prinsipat (qədim Romada
respublikadan imperiyaya keçid dövründəki siyasi quruluş) dövründə vindikasiyaya ( vindikasiya–mülkiyyətçi
(iddiaçı) tərəfindən öz əmlakını məhkəmə qaydasında, həmin əmlaka qanuni əsasları olmayaraq sahiblik edən
hər hansı bir üçüncü şəxsdən tələbetmədir) analoji olan, vərəsəlik üzrə verilə bilən, özgəninkiləşdirilə bilən və
iddia ilə müdafiə olunan kənd təsərrüfatı torpaqlarının istifadə hüququ inkişaf edirdi. Bu institut əvvəlcə
imperatora məxsus olan torpaqlara münasibətdə meydana çıxmış, sonradan şəxsi adamların mülkiyyətində olan
torpaqlara da yayılmışdır. Emfitevzis adını almış bu hüquq özündə torpaq sahəsinin kənd təsərrüfatında
istifadəsi öhdəliyi ilə onun vərəsəlik hüququ ilə icarəsini ifadə edir. Bu hüququn sahibinə (emfitevtə)
mahiyyətinə görə mülkiyyət hüququna yaxın olan geniş hüquqlar məxsus idi. O, bu hüququn müdafiəsindən
mülkiyyət hüququnun müdafiəsinə analoji olaraq istifadə edirdi, emfitevzisi satmaq, girov qoymaq, vəsiyyət
etmək hüququna malik idi. Emfitevzisin müddəti çox uzun – 100 il və daha çox idi.
İqtisadi individualizmin, bizim ölkəmizin də həmin dövrdə onun işğalı altında olduğu, inqilaba qədərki
Rusiyaya təsiri çox da böyük deyildi. Buna baxmayaraq həmin istiqaməti Rusiyada torpaq islahatlarının
aparılmasına çalışan, o dövrün tanınmış iqtisadçıları, həmçinin dövlət xadimləri etiraf edirdi.
Görkəmli iqtisadçı və filosof S.N.Bulqakov 1900-cü ildə yazırdı: “Torpağa sərəncam azadlığı müasir
şəxsiyyətin hüquqlarının bütövlüyündən irəli gəlir və ictimai maraqlarda torpaq mülkiyyətinin istifadəsində
31
müəyyən məhdudiyyətlər zamanı ən yeni təsərrüfat fərdiyyətçiliyinin əldə olunmasının vacibliyini təşkil edir”.
Rus kəndlisinin vətəndaş statusu qazanması zamanı torpaq mülkiyyətinin mühüm rolunu Rusiyanın məşhur
dövlət xadimi S.Y.Vitte də qeyd edirdi. O, torpaq sahibkarlığının icma formasına qarşı çıxaraq, yazırdı: “Xalqın
ac qalmaması, onun əməyinin məhsuldar olması üçün ona torpaqda işləmək azadlığı vermək lazımdır, onu
hamilik yolundan azad edib, ümumi normalara tabe edib, öz torpağının və öz əməyinin tam və şəxsi sahibi
etmək, onu mülki hüquq nöqteyi-nəzərdən şəxsiyyət etmək lazımdır”.
Əsaslı iqtisadi islahatların həyata keçirilməsi ilk növbədə kənd təsərrüfatında vətəndaşın torpağa marağını
oyatmağa başlayır.
XIX əsrin 90-cı illərində ölkəmizin də onun tərkibində olduğu Rusiya imperasiyası, ilk subyektlərindən
biri kəndli (fermer) təsərrüfatı olan bazar iqtisadiyyatı yaratmaq yoluna qədəm qoydu. Kəndli təsərrüfatı özündə
bazar subyektlərinin bütün xüsusiyyətlərini daha parlaq təcəssüm etdirdi və hər şeydən əvvəl xarici mühitin
qeyri-sabitliyinə və konyukturasına (vəziyyətinə) dinamik reaksiya vermək qabiliyyətini göstərdi ki, bu da onun
modernləşməsi zamanı ixtisaslaşması və ölçülərinin tez və mütəhərrik dəyişməsini tələb edə bilərdi. Torpağa
xüsusi mülkiyyət hüququ, torpaq sahələrinin alqı-satqısı və əldə edilmiş kapitaldan istifadə olunması öz
ölçülərinə görə optimal və həyat qabiliyyətli kəndli təsərrüfatı yaratmağa imkan verir. Nə üçün kəndli, məsələn,
öz torpağının bir hissəsini sata və ya icarəyə verib, aldığı pulu öz istehsalının modernləşməsinə qoymamalıdır?
Nəyə görə o, lazım olandan artıq torpağa malik olmalı və ona görə vergi ödəməlidir?
Torpağın satılması zamanı ona çəkilmiş bütün xərclərin özünü doğrultması torpağa əmək və kapital
qoyuluşu üçün yaxşı stimuldur. Bu fikir dəfələrlə inqilaba qədərki Rusiyanın siyasi xadimləri və iqtisadçı-
alimləri tərəfindən də deyilmişdir. Belə ki, S.Y.Vitte yazırdı: «İnsan, onun əməyinin bəhrəsi – onun
mülkiyyətinin, onun nəslinin mülkiyyətinin mahiyyətididir» düşüncəsinə malik olmasa, öz əməyini inkişaf
etdirə bilməz.
Rusiyanın kənd təsərrüfatının görkəmli islahatçısı P.A.Stolipin də həmçinin hesab edirdi ki, heç kim
torpağa, əgər onun orta dəyərinə görə özgəninkiləşdirilə (dövlətin və ya ictimai təşkilatların xeyrinə zəbt etmə,
alma) bilərsə, alqı-satqının olmaması torpağa öz əməyini və pulunu qoymağı stimullaşdırmayacaqsa, əmək sərf
etməyəcək.
S.N.Bulqakov yazırdı: «Torpağın əmtəə forması, onun bazarda dövr etməsi, torpağın qiymətindən irəli
gələn zərərə baxmayaraq, kənd təsərrüfatının müasir təşkilinin vacib şərtidir. Qüsurlardan azad olan ictimai
formanı biz yalnız özümüzdən quraşdıra bilərik. Həqiqətdə isə hər forma xeyirin və şərin qarışması olan
nəticəyə malikdir və bu və ya digərinin böyük üstünlüyü bu formanın nisbi davamlılığını və yararlılığını
müəyyən edir. Torpağın səfərbər edilməsi, yəni onun sərbəst əmtəə dövriyyəsi müasir kəndin həyatının əsas
sinir sistemidir, kəndli təsərrüfatının bütün iqtisadiyyatı torpaq mülkiyyətinin səfərbərliyi olmadan təsəvvür
edilməzdir, qeyri-mümkündür. Səfərbərlik vasitəsi ilə iqtisadi əkinçiliyin ən çətin və ən mürəkkəb məsələləri
həll olunur». Daha sonra o əlavə edirdi: «Torpaq səfərbərliyini tənzimləmək – əgər kiminsə ağlına orqanizmin
ən zərif yerinə daxil olub, orada hansısa özünün xoşuna gəlməyən siniri düzəltmək kimi bir şeydir».
Məlum olduğu kimi kəndlilərin torpaq uğrunda mübarizəsi Rusiyada 1917-ci ildə baş vermiş inqilabın
hərəkətverici qüvvələrindən biri olmuşdur. Lakin bu inqilab torpağa xüsusi mülkiyyətin ləğv olunması, torpağın
sosialistləşdirilməsi şüarı altında keçmişdir. Bu onunla izah olunur ki, Stolipin islahatı zamanı kəndlilər formal
32
olaraq torpağa mülkiyyət hüququ qazansa da, faktiki olaraq kəskin torpaq çatışmazlığı hiss edirdi, kəndlilərin
əsas gəlirlərini özünə mənimsəyən iri torpaq sahibləri – icazəverənlərdən asılı idi. 1917-ci ilin aprelində
Rusiyada aqrar islahatların təşkilati komitəsi Liqası yaradılmışdır. Ora daxil olan liberal yönümlü aqrar-
iqtisadçılar Rusiyada aqrar münasibətlər konsepsiyasını işləyib hazırladılar. Bu konsepsiyada mərkəzi yeri
torpağa mülkiyyət haqqında məsələ tuturdu. İri mülkədar yerlərini ləğv etmək məqsədi ilə Liqanın üzvləri
cəmiyyətə torpaq rentası ödəməklə, əmək məhsulunu özünə mənimsəyərək bu zaman torpaqda çalışmağı arzu
edən hər hansı zəhmətkeş torpaq istifadəçisinin hüquqlarını bəyan edərək və torpağa hər hansı mülkiyyət
hüququnu inkar edərək torpağın sosialistləşdirilməsi uğrunda çıxış etdilər. Yerli idarəetmə orqanlarının aktiv
iştirakı ilə təsir göstərən, xalq təmsilçiləri simasında torpaq işini yaxşı bacaran ali idarəetmə nəzərdə
tutulmuşdur. Bu zaman torpaq dövriyyəsi müvafiq orqanların nəzarəti altında baş verirdi.
Aqrar islahatlar Liqasında digər hərakatlar da olmuşdur. Bu zaman torpağa xüsusi mülkiyyət əsasında,
lakin onun alqı-satqısının qadağan olunması şərti ilə torpaqdan istifadənin dövlət tənzimlənməsi ideyası irəli
sürülmüşdür.
Beləliklə, torpağa xüsusi mülkiyyət probleminə yanaşmada bəzi fikir ayrılığına baxmayaraq, aqrar
islahatların Liqa tərəfindən təklif olunan torpaq münasibətlərinin kökündən dəyişdirilməsinin mahiyyəti, torpaq
dövriyyəsinin məhdudlaşdırılması və onun təsərrüfat istifadəsinin müstəqilliyinə, zəhmətkeş kəndlilərin torpağa
sərbəst daxil olmasının təmin olunmasına aparıb çıxarmışdır. Xüsusi mülkiyyət hüququnun mahiyyətinə uyğun
olaraq – sahiblik hüququ, istifadə hüququ və sərəncam hüququ onu göstərirdi ki, hər bir şəxsə ilk iki hüquq
səlahiyyəti üzrə zəmanət verilirdi və üçüncü məhdudlaşdırılırdı. Əgər xüsusi mülkiyyət hüququna göstərilən
yanaşma zamanı kənardan baxsaq, o zaman gətirilmiş konstruksiya torpaq bazarının kiçilməsini və ya
olmamasını göstərir.
İnqilab prosesində kəndlilərin əsas məqsədi torpaq almaq idi. O zaman torpaq dövriyyəsinin olması və ya
olmaması nəzərə alınmırdı. Bununla əlaqədar olaraq torpağın sosialistləşdirilməsi ideyası çox cəlbedici idi.
İstehsalçı-kəndlinin torpağa fərdi marağı bütün inqilabdan sonrakı dövrdə kütləvi kollektivləşməyə qədər
əhəmiyyətli dərəcədə böyük olmuşdur. Kütləvi kollektivləşdirmə, kolxozların milliləşdirilməsi, sovxoz
sisteminin inkişafı istehsalçı-kəndlinin torpağa marağını öldürdü. Yalnız, kəndlinin əsas gəlir mənbəyi olan
həyətyanı sahələrə maraq qaldı. Həmin vaxtdan bizim yaşadığımız günlərə qədər keçən dövrün sosial praktikası
göstərir ki, vətəndaşlarda torpağa bu maraq yalnız bağçılıq, bostançılıq, bağ evlərinin tikilməsi və s. üçün yəni,
istehlak məqsədləri üçün ortaya çıxır.
Keçən əsrin 20-ci illərinin digər görkəmli aqrar-iqtisadçı alimi B.D.Brutskus torpağın sərbəst satılmasında
əməyə müəyyən stimul, onun etibarlı əllərə düşməsinə zəmanət görürdü. «Torpağa görə ödənişlə onu əldə edən
biləcək ki, o, xalq təsərrüfatının mövcud şəraitinə uyğun olaraq torpaqdan istifadə edir. Torpaq məhdud
miqdarda cəmiyyətdə mövcud olan istehsal vasitəsidir, odur ki, onun lazımi istifadəsinə zəmanət olmalıdır. Bu
zəmanəti ən yaxşı formada azad mübadilə quruluşu verir».
Beləliklə, torpaq dövriyyəsinin həyata keçirilməsinin vacibliyinin əsas səbəbi ilk növbədə səmərəli kəndli
təsərrüfatının obyektiv vacib torpaq təminatında avtomatik tənzimləyici kimi torpaq bazarının istifadəsinin
mümkünlüyüdür.
33
Torpağa xüsusi mülkiyyət hüququnun tətbiq edilməsinin digər obyektiv ilkin şərti torpaq sahələri də daxil
olmaqla, kəndli təsərrüfatının bütün əmlakının vahid hüquqi rejiminin formalaşmasının məqsədyönlülüyündən
ibarətdir. Kəndli təsərrüfatının bütün əmlakı xüsusi mülkiyyət hüququnun obyektidir və mülki dövriyyədə
iştirak edə bilər, yəni girov, alqı-satqı, icarə və s. predmeti olar. Nəyə görə bu zaman torpaq sahələri girov
predmeti ola bilməz? Halbuki bankdan uzunmüddətli kredit almaq üçün müasir kəndlinin girov qoymağa
praktiki olaraq başqa qiymətli heç bir şeyi yoxdur.
Müasir torpaq qanunvericiliyində torpağa xüsusi mülkiyyət hüququnun bərpa olunması «Torpaq
haqqında» müttəfiq respublikalar və SSRİ qanunvericiliyinin əsaslarının işlənib hazırlanması və ittifaq
qanunevriciliyinin bərpası dövründə yaranmış müvafiq hüquqi ideyalara söykənir. Xüsusi mülkiyyət
hüququnun tətbiq olunması ideyası həm iqtisadçılar, həm də hüquqşünas alimlər və praktiki işçilər tərəfindən
irəli sürülmüşdür.
Torpağa xüsusi mülkiyyət hüququnun tətbiq olunmasının vacibliyini əsaslandıraraq, akademik
A.A.Nikonov yazırdı: «Kəndlilərin torpaq mülkiyyətindən, əmək alətlərindən və alınmış gəlirdən, onun
məhsulundan uzaqlaşdırılması fəlakətli oldu. Bu işdə ən pisi – heç kimin olmama, məsuliyyətsizlik,
yaramazlıqdır. Mülkiyyətin bölüşdürülməsindəki ədalətsizlik də elə bu qədər yolverilməzdir».
Əsasın ilkin variantında torpağa kollektiv və fərdi əmək mülkiyyəti nəzərdə tutulmuşdur. Lakin SSRİ Ali
Sovetində çoxsaylı mübahisələrdən sonra layihə göstərilən formada keçmədi və əsasda vətəndaşlar üçün
ömürlük irsi sahiblik hüququ kimi torpağa əşya hüququ ortaya çıxır. Göstərilən qanunda ömürlük irsi sahiblik
hüququnda vətəndaşlara, aparıcı kəndli təsərrüfatlarına məxsus olan torpaq sahələrinin dövriyyəsinin
mümkünlüyü nəzərdə tutulmuşdur. Belə ki, bu cür torpaq dövriyyəsi obyektiv olaraq şərtlənmişdir. Beləliklə,
müttəfiq respublikaların «Torpaq haqqında» və SSRİ qanunvericiliyinin əsaslarında vətəndaşların, aparıcı kəndli
təsərrüfatlarının bütün əmlakına mülkiyyət hüququnun başqa şəxsə keçməsi zamanı torpaq sahəsinə sahiblik
hüququnun da həmin şəxsə keçməsini özündə əks etdirən normalar olmuşdur. Bu zaman əmlakın yeni
mülkiyyətçisi və müvafiq olaraq torpaq sahəsinin sahibi əvvəlkinə onun torpağa qoyduğu bütün xərcləri
ödəyirdi.
Torpağa xüsusi mülkiyyət hüququnun tətbiq edilməsi üçün daha böyük obyektiv əsas, xüsusi mülkiyyət
hüququnun və müvafiq olaraq mülki dövriyyənin obyekti olan tikintilərin və qurğuların yerləşdirildiyi, yalnız
əməliyyat bazisi rolunu oynayan torpaq sahələrinə münasibətdə mövcud olmuşdur. İslahatlara qədərki və
islahatlardan sonrakı dövrdə torpaq qanunvericiliyində torpaq sahəsində yerləşmiş daşınmaz əmlaka hüquqlar
keçdiyi zaman müvafiq torpaq sahəsinə də hüquqların keçdiyini təsbit edən normalar özünə yer almışdır. Hətta
torpaq üzərində yalnız dövlət mülkiyyətinin mövcud olduğu dövrdə də göstərilən halda faktiki olaraq torpaq
sahəsinin alqı-satqısı baş verirdi, belə ki, satılan daşınmaz əmlakın qiymətinə praktiki olaraq torpaq sahəsinin
dəyəri də daxil edilirdi.
Fikrimizcə, xüsusi mülkiyyət hüququnun ölkəmizdə meydana gəlməsinin obyektiv ilkin şəraiti belə idi.
Artıq qeyd etdiyimiz kimi torpağa xüsusi mülkiyyət hüququ öz orbitinə həm yeni subyektlər, həm də yeni
obyektlər cəlb edərək, dərhal təşəkkül tapmadı.
Qanunvericiliyə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi
Dostları ilə paylaş: |