Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə39/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   205
torpaq hüququ

istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. «Səlahiyyət üçlüyü» adlanan bu 
imkanatlar mülkiyyət hüququnun məzmununu təşkil edir. 
Torpağa xüsusi mülkiyyət hüququ mütləq deyil və müəyyən məhdudiyyətlərlədir. Bu məhdudiyyətlər 
hüquq anlayışının özündə olub, azadlıq ölçüsü kimi həmin anlayışın özündən irəli gəlir.  İnqilaba qədərki 
hüquqşünaslardan D.İ.Meyer qeyd edirdi ki, mülkiyyət hüququ yalnız hüququn növüdür, uyğun olaraq onda 
məhdudiyyətlik xarakteri əks olunmalıdır və həqiqətən də əks olunur. Eyni fikri söyləyən K.P.Pobedonosçsev 
yazırdı ki, «mülkiyyətin məhdudlaşdırılması, qanunla müəyyən olunmuş  çərçivədə hakimiyyət kimi başa 
düşülən mülkiyyət hüququnun öz təyinatı ilə nəzərdə tutulur». Belə məhdudiyyətlərin həddi bütün cəmiyyətin 
iqtisadi tələbatı  və ya əmlakın hüquqi və ya iqtisadi təbiəti ilə  şərtlənir. Mülkiyyəti, bütün əşyaların 
mənimsənilməsini insanın mütləq hüququ kimi təyin edən Hegel, qeyd edirdi ki, xüsusi mülkiyyətə aid olanların 
təyinatını ali hüquq sahələrinə – dövlətə tabe etdirmək zərurəti yarana bilər. Belə istisnalar özbaşınalığın 
nəticəsi ola bilməz, ağıllı dövlət orqanizmi əsaslarına malik olmalıdır. 
Məlumdur ki, mülkiyyət hüququnun torpaqlara münasibətdə, xüsusən də  kənd təsərrüfatında istifadə 
olunan torpaqlara münasibətdə məhdudlaşdırılması meyli xarici hüquq sistemlərində hələ XIX əsrdə meydana 
gəlmişdir və inkişaf etməkdə davam edir. Bu meyl nəinki doktrinal, həm də qanunvericilik səviyyəsində özünü 
göstərir. Belə ki, alman hüquqşünası F.Kobler yazırdı: “Ümumi rifah mülkiyyət hüququnun müəyyənedici 
əsasıdır. Dövlət ümumi rifahın müdafiəçisi kimi mülkiyyət hüququnun prinsipial mühafizəsi zamanı  kənd 
təsərrüfatı  və meşə  təsərrüfatı torpaqlarının paylanmasını  və istifadəsini, xüsusən də bu torpaq sahələrinin 
dövriyyəsini nəzarət edə və tənzimləyə bilər, bununla da mülkiyyət hüququnun xəyali olmadığını ortaya qoyar”. 
Digər alman hüquqşünası – Y.V. Qedeman mülkiyyətin mülkiyyətçinin üzərinə öhdəlik qoyduğu, onun istifadə 
olunmasının isə  cəmiyyətin rifahına xidmət etməli olduğunu bəyan edən Almaniya Federativ Respublikasının 
Konstitusiyasının 14-cü maddəsində mülkiyyətin “sosial funksiyasının” hüquqi və ideoloji əsaslarını görürdü. 
Argentinalı hüquqşünas A.Vivankonun fikrinə görə, kənd təsərrüfat mülkiyyətinin, o cümlədən də torpaqların 


35 
 
hüquqi rejimi iqtisadi və sosial tələblərə uyğun gəlməlidir; bu onu göstərir ki, fərdiyyətçilik bütün cəmiyyətin 
marağı naminə həmin hüquqların həyata keçirilməsində məhdudlaşdırılmalıdır. 
Almaniyalı sahibkar Frits Anders “Torpaq və bazar təsərrüfatı” məqaləsində yazır: “Əsas məsələ bazar 
iqtisadiyyatına keçid zamanı azadlıq və sosial ədalət kimi hər iki məqsədin birləşdirilməsindən ibarətdir. Əgər 
Rusiya öz şansından istifadə edə bilsə, o zaman özündə sənaye cəhətdən inkişaf etmiş Qərb ölkələrindən daha 
çox bazar iqtisadiyyatına uyğun gələn torpaqdan istifadə sistemini yarada bilər”. Daha sonra: 
“Bərabərhüquqluluq – torpaq məsələsinin sosial tərəfidir”. 
Xarici ölkələrdə torpağa mülkiyyət münasibətlərinin müasir dövlət tənzimlənməsi uzun bir inkişaf yolu 
keçmişdir. Azərbaycan dövləti müasir dövrdə bütövlükdə cəmiyyətin və xüsusi mülkiyyətçilərin mənafelərinin 
optimal balansının tapılmasına digər MDB respublikaları kimi müəyyən tarixi üstünlüyə malikdir. Belə ki, 
torpağa xüsusi mülkiyyət hüququ müasir Azərbaycanda nisbətən yaxın vaxtlarda formalaşmağa başladı və sovet 
imperiyası illərində artıq formalaşmış olan mülkiyyət ənənələrini dərhal ləğv etməyə ehtiyac yox idi. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin