Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


Əgər ümumi planda Azərbaycanda torpağa mülkiyyət münasibətlərinin tənzimlənməsi zamanı



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə40/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   205
torpaq hüququ

Əgər ümumi planda Azərbaycanda torpağa mülkiyyət münasibətlərinin tənzimlənməsi zamanı 
dövlətin güddüyü əsas məqsədləri təsəvvür etsək, onda beş belə məqsəd ayırmaq olar:  
 1) böyük torpaq latifundiyalarının (iri mülkədar yerlərinin) yaranmasının qarşısının alınması;  
2) torpaq mülkiyyətçisi ilə kənd təsərrüfatı məhsullarının istehsalçısının eyni bir şəxsdə birləşməsi;  
3) təbiətin nadir hədiyyəsi kimi torpağın təsərrüfat istifadəsi zamanı ekoloji təlabatın yerinə 
yetirilməsinin təmin olunması;  
4) torpaq kadastrına uyğun olaraq müəyyən edilmiş keyfiyyət göstəricilərindən asılı olaraq torpaq 
sahələrinin məqsədli təyinatına uyğun istifadəsinin təmin olunması;  
5) neqativ sosial-iqtisadi nəticələrin minimuma endirilməsi məqsədi ilə torpaq bazarının 
tənzimlənməsi. 
Qüvvədə olan qanunvericiliyin istehsalçı ilə torpaq sahəsinin mülkiyyətçisini bir şəxs halında 
birləşdirməyə can atdığından danışarkən, yəni mülkiyyətin və əməyin birləşməsindən söz açarkən, bu ideyanın 
hələ ümumiyyətlə mülkiyyət haqqında məsələlərə yönəlmiş maarifçilərə xas olduğunu qeyd etməmək olmaz. 
Belə ki, C.Lokk yazırdı: “Bir zaman təbiətin yaratdığı  və qoruduğu predmetdən insan nəyi  əldə etsə, onu öz 
əməyi ilə uzlaşdırır və ona şəxsən məxsus olan nəyisə birləşdirib, bununla da onu öz mülkiyyəti edir”. 
C.Lokkun həmin fikrini şərh edən L.S. Mamut qeyd edir ki, bunda ən  əsası  fərdin öz xüsusi bacarığının 
qoyulmasının vacibliyi haqqında, bu obyektin hüquqi olaraq mülkiyyət statusu qazanması üçün həmin təbii 
obyektə özündən nəyisə birləşdirməyin zəruriliyi haqqında tezisdir. Daha sonra o, Lokkdan bizim dövrümüzə də 
uyğun gələn aşağıdakı sitatı gətirir: “Mənim əməyim, ümumi sahiblikdə olan təbii predmetə tətbiq ediləndə onu 
əvvəlki vəziyyətindən çıxartdı, onu mənim mülkiyyətim olaraq təsdiq etdi”. 
Torpağa  mülkiyyət münasibətlərinin tənzimlənməsi zamanı qanunvericinin qarşısına qoyduğu bütün 
yuxarıda göstərilən məqsədlər, torpaq sahələrinə, mülkiyyət hüququnun – sahiblik, istifadə  və  sərəncam 
hüquqlarının mahiyyətini təşkil edən bütün hüquq səlahiyyətlərinin həyata keçirilməsinin tənzimlənməsi zamanı 
konkret olaraq ortaya çıxır. 
Sahiblik hüququnun ilkin məhdudiyyəti ondan ibarətdir ki, iri torpaq latifundiyalarının (mülklərinin) 
qarşısını almaq üçün xüsusi mülkiyyətdə ola bilən torpaq sahələrinin mümkün həddini (maksimum və 


36 
 
minimum) qanunverici (Almaniya, Rusiya və s. kimi ölkələrdə) ciddi şəkildə nizama salır. Bizim 
respublikamızda isə qanunvericiliyə görə  kənd təsərrüfatı  təyinatlı torpaqlara yalnız klassik mənada sahiblik 
hüququnun tətbiq olunması  qəbul edilmədi. Qalan bütün hüquqlar digər sivil ölkələrdə olduğu kimi bizdə  də 
tətbiq olunur. Bu zaman iqtisadi maraqlardan çox fikrimizcə siyasi maraqlar önə çəkilmişdir. Belə ki, ölkəmizə 
qarşı tarix boyu torpaq iddiasında olmuş mənfur qonşularımız qanunvericiliyimizdə olan bu hüquqi boşluqdan 
gələcəkdə istifadə edə bilərdi. Odur ki, bu zaman hüquqları ilə yanaşı öhdəliklərin də daşıyıcısı olan torpaq 
üzərində xüsusi mülkiyyət hüququna üstünlük verildi. 
Xüsusi mülkiyyət hüququnun ikinci məhdudiyyəti ondan ibarətdir ki, torpağı istifadəçiz saxlamaq olmaz. 
Bu təlabat hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 73.1-ci maddəsində belə  təsbit olunmuşdur: kənd 
təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahələrindən dalbadal iki il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları 
üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə istifadə hüququna xitam 
verilə bilər (bu məsələ torpağa hüquqların xitam edilməsi haqqında bölmədə də araşdırılır). 
Qanunvericilik torpaq sahəsinin təsərrüfat istifadəsi üzrə mülkiyyətçiyə geniş hüquqlar verir:  

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin