Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə34/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   205
torpaq hüququ

hüquqların müdafiəsi.  
İstifadə qaydalarına gəldikdə isə bu, qanunda torpaq hüququ subyektlərinin torpaq sahəsinin səmərəli 
istifadəsi və mühafizəsinin təmin olunması üzrə öhdəliklərin müəyyən olunması, həmçinin bu və ya digər 
kateqoriyadan olan torpaqların istifadə xüsusiyyətinin onun tərkib hissələrindən biri olduğu ayrı-ayrı torpaq 
kateqoriyalarının hüquqi rejiminin xüsusiyyətlərinin təyin olunmasından başqa bir şey deyildir. 
Bundan başqa hazırda torpaq qanunevriciliyi istifadənin «şərti» və «qaydası» anlayışına uyğun gəlməyən 
torpaq münasibətlərinin çox mürəkkəb sahəsini tənzimləyir. Lakin bu münasibətlər torpaqların istifadəsi üzrə 
münasibətlərlə çox sıxı bağlıdır. Belə ki, onlar digər subyekt tərkibi vasitəsi ilə lazım olan torpaqdan istifadə 
qaydasını təmin edir. Bu münasibətlər torpaqların istifadəsi və mühafizəsinin dövlət idarəedilməsi sahəsindədir. 
Bu idarəetmənin  əsas funksiyaları  həm qüvvədə olan qanunvericilikdə, həm də  həmin funksiyanın sonrakı 
tənzimlənməsinin yerinə yetirilməsini nəzərdə tutan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində  təyin 
edilmişdir. 
Məcəllədə Azərbaycan dövlətinin səlahiyyətlərinə aşağıdakılar aid edilmişdir:  
1)  dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yerquruluşunun aparılması qaydalarının 
müəyyən edilməsi;  
2) dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət və ictimai 
ehtiyacların təmin edilməsi məqsədilə geri alınması;  
3) xüsusi mülkiyyətdə olan torpaq sahələrinin qanunvericilik aktlarında müəyyən edilmiş qaydada satın 
və ya məcburi satın alınması;  
4) torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi;  
5) yay və qış otlaq sahələrinin inzibati-ərazi vahidlərinə istifadəyə verilməsi;  
6) torpaqlardan səmərəli istifadəyə, torpaqların münbitliyinin artırılmasına, torpaq ehtiyatlarının 
qorunmasına dair və digər təbiəti mühafizə  tədbirlərinin dövlət proqramlarının hazırlanması  və yerinə 
yetirilməsi və s.  
 Bundan  başqa Məcəllədə torpaqların hüquqi rejimindən savayı, torpağa hüququ olan subyektlərin 
kimliyindən asılı olmayaraq torpağı olan xüsusi mülkiyyətçilərin həmin torpaqların məqsədli təyinatına  əməl 
etməli olmalarının zəruriliyi öz əksini tapmışdır. 
Milli Məclis tərəfindən qəbul olunmuş qanunvericiliyin mahiyyətinin təyinatından  əlavə Torpaq 
Məcəlləsi qanun yaradıcılığı çərçivəsindən kənara çıxan Azərbaycan Respublikasının digər səlahiyyətlərini də 
müəyyən edir. Onlara, xüsusən, aşağıdakılar aiddir:  

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin