Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


Torpaq hüququnun Ümumi hissəsi institutuna



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə30/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   205
torpaq hüququ

Torpaq hüququnun Ümumi hissəsi institutuna hazırda aşağıdakılar aid edilir:  
a) torpağa mülkiyyət hüququ institutu;  
b) torpağa digər əşya hüquqları institutu;  
c) torpaqların istifadəsi və mühafizəsinin dövlət idarəedilməsi institutu. Xüsusi hissəyə müxtəlif 
torpaq kateqoriyalarının hüquqi rejimini aid etmək lazımdır. Yuxarıda göstərilən institutlar da həmçinin öz 
xüsusi quruluşuna malikdir. Mülkiyyət hüquqi institutu özündə aşağıdakıları birləşdirir:  
- xüsusi mülkiyyət hüququ;  
- dövlət mülkiyyəti hüququ;  
- bələdiyyə mülkiyyəti hüququ;  
- mülkiyyət hüququnun əmələ gəlməsi və xitam olunmasının əsasları;  
- mülkiyyət hüququnun müdafiəsi;  
- torpaqların dövriyyəsinin dövlət tənzimlənməsi.  
Torpağa digər əşya hüquqları institutu aşağıdakıları əhatə edir:  
- daimi (müddətsiz) istifadə hüququ; torpağa ömürlük vərəsəlik hüququ;  
- servitutlar;  
- göstərilən hüquqların əmələ gəlməsi, xitam edilməsi və onların müdafiəsi. 
Torpaqların istifadəsi və mühafizəsinin dövlət idarəedilməsi institutunu dövlət idarəedilməsinin 
funksiyalarına görə (əvvəllər olduğu kimi) strukturlaşdırmaq məqsədəuyğundur. 
Torpaq hüququnun xüsusi hissəsinə daxil olan institutlar, torpaq hüququnun ümumi hissəsindən çıxış 
edərək torpaqların müvafiq kateqoriyalarının hüquqi rejiminin xüsusiyyətlərini özünə birləşdirməlidir. 
Beləliklə, biz hüquq sistemi elementləri bölməsini – torpaq münasibətlərini tənzimləyən normaları, həm 
bu normaların xüsusi sahədə birləşməsi, həm də onların ayrılmasını (differensiasiyası) təyin edən, göstərilən 
normaların digər hüquq sahələrinə aid edilməsini şərtləndirən, onların vahidliyi mövqeyindən araşdırdıq. 


25 
 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin