151
- torpağın yerləşdiyi ərazidə daimi yaşayan və kəndli (fermer) təsərrüfatı yaratmış, Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olmuş və həlak olanların ailələri kənd
təsərrüfatı məhsulları istehsalı üçün əlavə bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararsız və
ya az yararlı torpaq sahələrindən alqı-satqı yolu ilə mülkiyyətə torpaq almaq istədikdə onlara həmin
torpaqların yararlı hala salındıqdan əvvəlki normativ qiymətinin (dəyərinin) 60 faizi həcmində güzəştlər
edilir.
Əsasnamədə respublika tabeli şəhərlərdə, rayon mərkəzlərində və qəsəbələrdə yaşayan torpaq payı
almamış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinin, müharibə
veteranlarının və Çernobıl qəzasının iştirakçılarının kənd təsərrüfatı məhsulları istehsalı üçün bələdiyyənin
ehtiyat fondunun yararsız və ya az yararlı torpaqlarını istifadəyə və icarəyə götürdükləri halda onların 10 il
müddətinə icarə haqqından azad edildiyi də qeyd olunmuşdur.
Habelə bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararsız və az yararlı torpaqlarından alqı-satqı
yolu ilə mülkiyyətə torpaq sahəsi əldə etmək istəyən yuxarıda göstərilən kateqoriyadan olan Azərbaycan
Respublikasının vətəndaşlarına həmin torpaqların yararlı hala salındıqda əvvəlki normativ qiymətinin
(dəyərinin) 70 faizi həcmində güzəştlər edilir.
Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli
«Bələdiyyə torpaqlarının ayrılmasına dair
Dostları ilə paylaş: