dəfə pulsuz verilir.
Sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul
olmaq istəyən gənclər, qanunvericiliyə uyğun olaraq, torpaq sahələrini satın almaq istədikdə torpaq sahələri ilə
ilk növbədə təmin olunurlar.
Torpaqlardan istifadə etməklə ailə kəndli təsərrüfatı kimi fəaliyyət göstərmək istəyən, müvafiq yaşayış
məntəqəsində daimi yaşayan və qeydiyyatda olan torpaq payı almamış vətəndaşlar və istefaya çıxmış hərbi
152
qulluqçular, qanunvericiliyə uyğun olaraq, torpaq sahələrini satın almaq istədikdə, torpaq sahələri ilə ikinci
növbədə təmin olunurlar.
Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri,
gizirləri və micmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr torpaqla «Hərbi
qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada
təmin edirlər.
Həm fiziki, həm də hüquqi şəxslərin müraciətlərinə onların yazmış olduğu ərizənin daxil olduğu gündən
etibarən 5 gün müddətində baxılır. Həmin şəxslərin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını
bələdiyyə məqsədəuyğun hesab etdiyi halda müraciətdən çıxarışı torpaq sahəsinin planını hazırlamaq üçün
müvafiq icra hakimiyyəti orqanına göndərir. Bu orqan ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını 10 gün
müddətinə təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə bələdiyyəyə göndərir. Onlar
isə bu sənədlər əsasında 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması
barədə qərar qəbul edir.
|