sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə
Qanunu ilə təsdiq olunmuş, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və
razılaşdırılması qaydaları haqqında» Əsasnaməyə görə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına
yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün istifadəyə və icarəyə aşağıdakı növbəliliyə əməl etməklə verilir:
- bələdiyyələrin ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə;
- sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul
olmaq istəyən gənclərə;
- torpaqlardan istifadə etməklə ailə kəndli təsərrüfatı kimi fəaliyyət göstərmək istəyən, müvafiq yaşayış
məntəqəsində daimi yaşayan və qeydiyyatda olan torpaq payı almamış vətəndaşlara və hərbi qulluqçulara;
- müvafiq ərazidə yerləşən hüquqi və yaşayan fiziki şəxslərə;
- Azərbaycan Respublikasının digər hüquqi və fiziki şəxslərinə;
- xarici ölkələrin hüquqi və fiziki şəxslərinə.
Əsasnaməyə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün, həyətyanı sahə və bağ sahəsi üçün torpaq sahələri onların mülkiyyətinə bir