mülkiyyətinə verilir. Xarici dövlətlərin fiziki və hüquqi şəxslərinə, eləcə də Azərbaycan Respublikasının
vətəndaşı olmayan şəxslərə torpaq sahəsi yalnız istifadə və ya icarə hüququnda verilə bilər.
İslahat nəticəsində dövlət mülkiyyətində qalan torpaqlar istisnasız olaraq dövlət mülkiyyətini təşkil edir və müvafiq qaydada istifadəyə və ya icarəyə verilə bilər. Bu torpaqların bələdiyyə və xüsusi mülkiyyətə
verilməsinə müstəsna hallarda yol verilir.
Bələdiyyə mülkiyyətinə verilən torpaqlara müvafiq inzibati ərazi hüdudlarında dövlət mülkiyyətində qalan və xüsusi mülkiyyətə verilən torpaqları çıxmaqla yerdə qalan torpaqlar aid edilir.